BURADA REKLAMINIZ OLA
BİLƏR

150 minlik dələduzluq edən şəxs azadlığa buraxıldı

Bakıda dələduzluq etməkdə təqsirləndirilən Tələt Əlizadənin barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.   

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Ali Məhkəmənin hakimi Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, zərərçəkmiş şəxs (mülki iddiaçı) və nümayəndəsi tərəfindən birgə verilən kassasiya şikayəti təmin edilməyib. Məhkumun müdafiəçisinin verdiyi kassasiya şikayəti qismən təmin olunub, Bakı Apellyasiya Məhkəməsinin çıxardığı qərar dəyişdirilib və ona şərti cəza təyin edilib. Məhkum dərhal Penitensiar Xidmətinin 2 saylı Cəzaçəkmə Müəssisəsindən həbsdən azad olunub.
 

Xatırlatma: Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Tələt Əlizadə 6 il müddətinə azadlıqdan məhrum edilmişdi. Təqsirləndirilən şəxs məhkəmə zalında həbs olunmuşdu. Bakı Apellyasiya Məhkəməsi onun şikayətini təmin etməyib.

 
Qeyd: Tələt Əlizadə zərərçəkmiş Tural Hüseynovun etibarından sui-istifadə edərək ona qarşı dələduzluq edib. Belə ki, ondan borc olaraq ümumilikdə 150 min manat pul alıb. Ona söz verib ki, əgər borcu qaytara bilməzsə, paytaxtdakı evlərindən birini verəcək. Lakin nəticədə T.Əlizadə zərərçəkmiş şəxsə olan borcu ödəməyib. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

 

Kamal Məmmədov

Tarix: 21 May 2024, 08:53   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin