BURADA REKLAMINIZ OLA
BİLƏR

"Meqa-Siti Holdinq”in rəhbərinin işi yenidən Ali Məhkəmədə

Bakıda dələduzluqda təqsirli bilinən şirkət rəhbəri Aqil Qədirov və digərlərinin barəsindəki hökmdən kassasiya şikayəti verilib.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, Ali Məhkəmədə keçiriləcək ilkin hazırlıq iclası mayın 23-nə təyin edilib.

 

Şikayət hakim İlkin Rəcəbovun sədrliyi ilə araşdırılacaq.
 

Qeyd: "Meqa-Siti Holdinq” MMC-nin təsisçisi Aqil Qədirov və daha əvvəl tanışı Elnur Məmmədov 1 milyon manatlıq dələduzluqda təqsirləndirilirlər.
 

İttihama görə, həmin şəxslər inşa etdikləri yaşayış binasındakı eyni mənzili bir neçə nəfərə satıblar.
 

Cinayət işində 33 zərərçəkmiş var.
 

Onlara qarşı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq; külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə; ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.

 
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Aqil Qədirov 8 il, Elnur Məmmədov isə 7 il müddətinə azadlıqdan məhrum edilib.

 

Bu hadisədən sonra şirkət rəhbərinin daha bir cinayət əməli üzə çıxıb.

 

Kamal Məmmədov

Tarix: 21 May 2024, 09:20   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin