BURADA REKLAMINIZ OLA
BİLƏR

Tanınmış yazıçının hərbçi nəvəsi vəfat etdi

Azərbaycanın hərbi qulluqçusu, kapitan Abbas Məlikzadə vəfat edib.

 

Pravda.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat yayıb.

 

Bildirilib ki, hərbi qulluqçu, kapitan Məlikzadə Abbas Saleh oğlu səhhətində problem yarandığından tibb məntəqəsinə müraciət edib. Sanitar nəqliyyat vasitəsi ilə hərbi hospitala təxliyyə edilərkən yolda keçinib. Həkimlərin ilkin ehtimalına görə, hərbi qulluqçu ürək çatışmazlığından vəfat edib.

 

Qeyd edək ki, A. Məlikzadə yazıçı İsi Məlikzadənin nəvəsidir.

Tarix: 4 Dekabr 2019, 19:08   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin