BURADA REKLAMINIZ OLA
BİLƏR

Əcnəbiyə qarşı dələduzluq edən şəxsin şikayəti təmin edilmədi

Ali Məhkəmədə xarici ölkə vətəndaşına qarşı dələduzluqda təqsirləndirilən Elgün Nadirovun barəsindəki qərardan verilən kassasiya şikayətinə baxılıb.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 
Qərara əsasən, şikayət təmin edilməyib. 

 

Xatırlatma: Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
 

Qeyd: E.Nadirov İran vətəndaşı Mirzaei Nejad Ojani Ghszalehə qarşı dələduzluq edib. Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham elan olunub.

 

Kamal Məmmədov

Tarix: 22 May 2024, 08:25   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin