“Mənim haqqımda "Ədəbiyyat qəzeti"ndə dərc olunan "Xeyrəddin Qocanın gülüşü" başlıqlı yazılara bir cümləni belə savadlı yaza bilməyən gənclər “Feysbuk”da guya rəylər yazıblar. Biri yazılara "hekayə" deyir, biri "zarafat" adlandırır, sonra da yazırlar ki, "səviyyəsizdir", "gülməli deyil" və sairə və ilaxır... Hələ təzə-təzə yazmaq, yazmağı öyrənmək istəyən gənclərdən bundan artıq heç nə gözləmirəm! Bu miniatürlər hekayə də deyil, zarafat da deyil! Onlar "Ürəkdən gülmək istəyirsinizsə..." "izahatını" oxusalar və anlasalar, düşündüklərini nə cür gəldi, paylaşmazdılar. Diqqətlə oxusaydılar, görərdilər ki, qəzetdəki yazıların çoxu baş vermiş əhvalatlardır, hazırcavablıq nümunələridir, atmacalardır, istehzalardır, eyhamlardır ki, hər birinin ayrıca mənası var.
Bir də bunları mən yazmamışam, bu miniatürləri toplayan, yazan, araya-ərsəyə gətirənlər var. "Rəy" yazanlar diqqətlə oxusalar, görərlər ki, bu yazılardakı fikirlərin çoxunu hər adam söyləyə bilməz. Bir də mən heç zaman kimisə güldürmək üçün yazmamışam! İndiki gərgin zamanda kimisə güldürməyin özü də bacarıq, istedad tələb edir.
Hər oxucu rəy yaza, nəsə söyləyə bilər. Bu onların haqqıdır. Amma bizim də haqqımız var, soruşaq ki, siz özünüz indiyədək bir şey yazıb, ortaya çıxarmısınız? Mən yüz faiz bilirəm ki, həmin “Feysbuk” "rəyçilərinin" heç biri heç nə yaza bilməz, çünki yazdıqlarında böyük, kiçik hərflər belə yerində deyil! Bu uşaqların könüllərindən dahilik keçir! "Ömər Xəyyam" ad-soyadlı birisi elə bilir ki, "Ömər Xəyyam"dır. Necə deyərlər, "ucun tutub, gedib ucuzluğa", ağzına gələni yazıb! Özünü dahi hesab edənlərdən biri Rasim Qaraca soyadını "Qaraja" yazıb! And içirəm, bu savadsızların heç biri sadəcə savadlı bir ərizə yaza bilmirlər! Hərəsi ərizədə 30-35 səhv buraxar! Əgər onlardan hər hansı biri savadlı ərizə yaza bilsə, mən ömürlük əlimə qələm almaram! Sadəcə, bu savadsızlar dəstəsi niyə yazı-pozu ilə məşğuldur, bilmirəm! Özünü "Pir" hesab edən Nihad Pir, mənim haqqımda yazılanlar hekayələr deyil, mən də onlara "hekayə" deməmişəm! Oradakılar sənin kimi ovdux-zad yemək üçün bazarlıq edənləri və “Feysbuk”u cızma-qaralarla dolduranları ələ salmaqdır!
Alpay Azər, sən də, deyəsən, rəhmətlik atanın intiqamını almaq istəyirsən. Bir dəfə mənə dedi ki, Şah İsmayıl haqqında nəsə yazmışam, dövlət pul vermir ki, çap etdirim. Mən də dedim ki, dövlət hər yazıya pul vermir. Xoşuna gəlmədi... Mən də sənə sual verirəm: "Ədəbiyyat qəzetində palaz-palaz yazıların kimə lazımdır? Mən hələ o yazıların bir sətrini də oxumamışam! Oxumaram da! Çünki vaxt itkisindən başqa bir şeyə yaramır!
Qismət Rüstəmov isə mənim adımdan lazımsız bir zarafat uydurub! Adama deyərlər, "get, işinlə məşgul ol!” Feysbukdakı rəylərə nəzər yetirdikcə Mirzə Ələkbər Sabirin "Bir bölük boşboğazıq, heyvərəlik adətimiz” satirasını xatırladım...
Yeri gəlmişkən, qeyd edim ki, bəzən bu "tənqidçilər" öz ağılları ilə yazmırlar. Ədəbi aləmdə də trollar var, onların göstərişlərini yerinə yetirirlər! Yəni özləri də trolluq edirlər! Bunlar həmin trollardır ki, Nizami Gəncəvidən bu yana bütün şair və yazıçıları bəyənmirlər! Hərəyə bir cür lağ etməyə, böhtan atmağa çalışırlar! Mən belələrinə cavab yazmağı özümə rəva bilmədim. Sadəcə saytın xahişini yerinə yetirdim...”
Xeyrəddin Qoca
21 Mart 00:47
20 Mart 23:51
20 Mart 23:46
20 Mart 23:06
20 Mart 23:00
20 Mart 22:23
20 Mart 22:07
20 Mart 22:03
20 Mart 21:08
20 Mart 21:05
20 Mart 20:34
20 Mart 20:33
20 Mart 19:32
20 Mart 19:04
20 Mart 19:00
20 Mart 18:57
20 Mart 18:00
20 Mart 17:57
20 Mart 17:56
20 Mart 17:54
20 Mart 17:52
20 Mart 17:51
20 Mart 17:50
20 Mart 17:48
20 Mart 17:46
20 Mart 17:15
20 Mart 17:11
20 Mart 17:08
20 Mart 15:35
20 Mart 15:33
20 Mart 15:31
20 Mart 15:29
20 Mart 15:22
20 Mart 15:20
20 Mart 14:08
20 Mart 14:02
20 Mart 14:00
20 Mart 13:16
20 Mart 13:14
20 Mart 13:03
20 Mart 13:01
20 Mart 12:53
20 Mart 12:51
20 Mart 12:19
20 Mart 12:15
20 Mart 11:29
20 Mart 11:19
20 Mart 11:17
20 Mart 11:02
20 Mart 10:56
20 Mart 10:35
20 Mart 10:25
20 Mart 10:23
20 Mart 10:21
20 Mart 10:18
20 Mart 10:15
20 Mart 10:14
20 Mart 10:12
20 Mart 10:09
20 Mart 10:04
20 Mart 09:58
20 Mart 09:53
20 Mart 09:46
20 Mart 09:42
20 Mart 09:41
20 Mart 09:39
20 Mart 09:38
20 Mart 09:33
20 Mart 09:31
20 Mart 00:28
20 Mart 00:21
19 Mart 22:23
19 Mart 21:30
19 Mart 21:28
19 Mart 21:27
19 Mart 21:16
19 Mart 21:10
19 Mart 21:07
19 Mart 20:56
19 Mart 20:15
19 Mart 20:12
19 Mart 19:46
19 Mart 19:27
19 Mart 19:22
19 Mart 19:16
19 Mart 19:14
19 Mart 19:08
19 Mart 18:39
19 Mart 18:34
19 Mart 18:14
19 Mart 18:03
19 Mart 17:58
19 Mart 17:50
19 Mart 17:40
19 Mart 17:38
19 Mart 17:35
19 Mart 17:25
19 Mart 17:22
19 Mart 17:01
19 Mart 16:49
19 Mart 16:35
19 Mart 16:16
19 Mart 16:08
19 Mart 16:00
19 Mart 15:39
19 Mart 15:28
19 Mart 15:26
19 Mart 15:12
19 Mart 15:06
19 Mart 15:00
19 Mart 14:59
19 Mart 14:51
19 Mart 14:50
19 Mart 14:49
19 Mart 14:45
19 Mart 14:34
19 Mart 14:18
19 Mart 13:41
19 Mart 13:21
19 Mart 13:20
19 Mart 13:18
19 Mart 13:05
19 Mart 13:00
19 Mart 12:57
19 Mart 12:54
19 Mart 12:38
19 Mart 12:33
19 Mart 12:23
19 Mart 11:57
19 Mart 11:53
19 Mart 11:42
19 Mart 11:40
19 Mart 11:28
19 Mart 11:22
19 Mart 11:21
19 Mart 11:08
19 Mart 11:07
19 Mart 11:04
19 Mart 11:02
19 Mart 10:59
19 Mart 10:57
19 Mart 10:44
19 Mart 10:40
19 Mart 10:11
19 Mart 10:08
19 Mart 10:06
19 Mart 09:42
19 Mart 09:39
19 Mart 09:20
19 Mart 09:19
Ən son xəbərləri səhifəmizdən də izləyin