BURADA REKLAMINIZ OLA
BİLƏR

Onunla söhbət etməkdən imtina edən tanışını küçədə bıçaqladı – AĞIR CƏZA

Bakı Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Asim Cəlilovun (şərti) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, sonuncu keçirilən prosesdə qərar elan olunub.


Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.


İttihama görə, hadisə 05 aprel 2023-ci il tarixdə saat 20:30 radələrində payatxt ərazisində qeydə alınıb.


Belə ki, 2004-cü il təvəllüdlü Asim Cəlilov tanışı, zərərçəkmiş M.M. (şərti) ilə görüşüb münasibətlərinin pozulmasına aydınlıq gətirmələrini təklif edib. Bu zaman zərərçəkmiş şəxs onunla söhbət etməkdən imtina edib. Asim də bunu bəhanə edərək, M.M-in üzərinə qəflətən hücum edib bıçaqla ona zərbələr vurub. Sonra M.M. özünü qorumaq məqsədilə qaçaraq ondan kənarlaşmağa cəhd edib. Lakin Asim zərərçəkmiş şəxsin arxasınca qaçıb yıxılmasından istifadə edib bıçaqla ona bir zərbə endirərək xəsarət yetirib.


Hadisədən sonra Asim Cəlilov saxlanılaraq cinayət məsuliyyətinə cəlb olunub.


Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 8 il müddətinə azadlıqdan məhrum edilib.


Xatırlatma: Asim Cəlilov əvvəllər məhkumluq həyatı yaşayıb.

 

Kamal Məmmədov 


Tarix: 22 May 2024, 10:03   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin