BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: “Azərbaycanda taksi qiymətləri orta inkişaf səviyyəsi olan ölkələrdən kifayət qədər ucuzdur”

“Taksilərin gedişhaqlarında ölkədən-ölkəyə fərq var. Təbii ki, bu həmin ölkənin həyat tərzindən asılıdır. Aparıcı ölkələrdə taksi qiymətləri, həqiqətən, bizdən qat-qat bahadır. Avropa, Amerika, Yaponiya, Cənubi Koreya... Adlarını deməyəcəm, bəzi ölkələrdə isə taksi sürücüləri sərnişini 10 dəqiqəlik yol əvəzinə, yarım saatlıq yolla aparırlar. Nəticədə, sərnişinin üçqat artıq xərci çıxır. Özüm də bunun şahidi olmuşam. Orta inkişaf səviyyəsi olan ölkələrə baxsaq, görərik ki, taksi qiymətləri bizdə onlardan kifayət qədər ucuzdur”. 

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev deyib. 

 

Deputat bildirib ki, Azərbaycanda taksi sistemində böyük islahatlar başlayıb və davam edir: “İslahatların müsbət tərəfləri artıq hərtərəfli özünü göstərir. Sərnişinlərlə münasibət, onların təhlükəsizliyi, sürücülərin geyim tərzi... Bunlar vacib məsələlərdir. Söhbət təkcə gedişhaqlarından getmir ki. Təhlükəsizlik məsələsi təkcə maşınlara aid deyil, həm də ümumi təhlükəsizlikdən söhbət gedir, yəni başqa hadisələr baş verməsin. Ölkədə istənilən sahədə nizam-intizam olanda ümumi təhlükəsizlik də nəzarətdə olur, heç bir mənfi hadisə baş vermir. Hamımız eşitmişik ki, taksi sürücülərinin özlərinə də hücumlar edilir, bir çox hallarda taksidən istifadə edib, qanun pozuntuları törədilir. Bütün bunların qarşısı, demək olar, alınıb. Bu gün insanlar taksi xidmətindən razı qalmalıdırlar. Bir neçə dəfə açıqlamalarımda qeyd etmişəm. Aidiyyəti Nazirliyin məsul şəxsləri ilə də müzakirə etmişik. Taksi sahəsindəki islahatlar nəticəsində keçmişlə müqayisədə hardasa, 15%-ə qədər bahalaşma olacaq, bəlkə də, bir az da çox. Yenə də xidmət keyfiyyəti və s. - hamısı nəzərə alınmalıdır”. 

 

Aytəkin Qardaşova 

Tarix: 22 May 2024, 12:50   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin