BURADA REKLAMINIZ OLA
BİLƏR

Özündən 25 yaş kiçik şəxsi döyərək telefonunu əlindən aldı - QƏRAR

Bakı Apellyasiya Məhkəməsində soyğunçuluqda təqsirləndirilən Rüstəm Rüstəmovun barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İbrahim İbrahimlinin sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. 

 

Qərara əsasən, apellyasiya protesti təmin edilib, Suraxanı Rayon Məhkəməsinin çıxardığı 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası dəyişdirilib. Onun cəzası 4 il 8 aya qaldırılıb. 

 

İttihama görə, 07 aprel 2021-ci il tarixdə saat 15 radələrində paytaxtın Suraxanı rayonunda qeydə alınıb.

 

Belə ki, 1982-ci il təvəllüdlü Rüstəm Rüstəmov 2007-ci il təvəllüdlü, zərərçəkmiş Qasım Qasımovda (şərti) mobil telefon olmasını görüb, ələ keçirmək üçün onu futbol oynamaq adı ilə “103” adlı çay evinin yaxınlığındakı qəbiristanlığa aparıb. O, orada zərərçəkmişin “Redmi 8” markalı telefonunu alıb. Lakin Qasım onun telefonu ələ keçirmək istəməsini bilib. Bu zaman təqsirləndirilən şəxs zərərçəkmişin ayağından vurub yerə yıxıb və sifətindən əli ilə vurub. Sonra Qasım ona bıçaq çıxarıb. Lakin Rüstəm bıçağı onun əlindən alıb zərərçəkmişin əlini kəsərək ona xəsarət yetirib.

 

Hadisədən sonra Rüstəm Rüstəmov cinayət məsuliyyətinə cəlb edilib.

 

Kamal Məmmədov

Tarix: 23 May 2024, 09:00   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin