BURADA REKLAMINIZ OLA
BİLƏR

"Cavanşir körpüsü söküldükdən sonra yollarda sıxlıq azalacaq, avtomobillərin hərəkəti rahatlaşacaq" - AÇIQLAMA

“Bakı şəhərində tıxac problemlərinin aradan qaldırılması, eyni zamanda avtomobil sıxlığının qarşısını almaq, hərəkətin rahatlığını təmin etmək, vizual görüntünü daha yaxşı vəziyyətə salmaq məqsədilə alternativ nəqliyyat vasitələri, xüsusilə, yaşıl nəqliyyatların hərəkətinin təmin edilməsi ilə bağlı çox maraqlı və müsbət dəyişikliklər həyata keçirilir, yenidənqurma, təmir işləri davam etdirilir. Təbii ki, bu, sakinlərimizi razı salmaqla yanaşı bizi də qane edir. Bacardığımız qədər çalışmalıyıq, təmir, yenidənqurma, konstruksiya işləri belə formada həyata keçirilsin ki, yalnız yaxın 4-5 il yox, növbəti onilliklərin problemlərini də həll etsin, çağırışlarına cavab versin. Bilirsiniz ki, hazırda Cavanşir körpüsü sökülür. Yaxın dörd-beş ay ərzində burada yeni yol inşa ediləcək. Bu yol elə formada olmalıdır ki, həm sərnişinlərin fasiləsiz hərəkətini təmin etsin, həm də tıxaca səbəb olmadan həmin ərazidən avtomobillərin hərəkəti həyata keçirilə bilsin. Belə bir fürsət var, ərazidə şaxələndirilmiş yeraltı və yerüstü keçidlər də tikilsə, yaxşı olar”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisi Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü Naqif Həmzəyev deyib. 

 

Avropa Şurasına üzv ölkəni hansısa qeyri-demokratik rejimlərə bir sıraya  qoymaq ədalətsizlikdir - Naqif Həmzəyev Pravda.az

 

“Bakının ən sıx üç istiqamətindən biri olan Yusif Səfərov küçəsində müxtəlif dəyişikliklər həyata keçirilir. İnanırıq ki, oradakı lazımsız avtobus dayanacaqlarının da aradan qaldırılması, yaxud avtobusların tamamilə fərqli marşrutlar üzrə hərəkətinin təmin edilməsi nəticəsində ərazidəki süni maneələr də aradan qaldırılacaq, sıxlıq azalacaq, avtomobillərin hərəkəti rahatlaşacaq. Təəssüf ki, Yusif Səfərov istiqamətindəki yollarda fəaliyyət göstərən xüsusi avtobus zolaqlarında günün müxtəlif saatlarında avtobuslardan daha çox digər avtomobilləri görürük. Onlar müəyyən dərəcədə cərimələnsələr də, nəticədə bu yollarda hərəkət etməkdən çəkinmirlər. Necə ki velosiped yollarına xüsusi maneələr əlavə edilib, artıq o yollara daxil olmaq mümkün olmur, eynilə avtobus zolaqlarına da bu cür maneələr çəkilsə, yaxşı olar. Yeni avtobus zolaqlarından yalnız avtobuslar, təcili tibbi yardım maşınları istifadə edərlər. Nəticədə, ictimai nəqliyyatın sürəti və sərnişinlərin vaxtında mənzil başına çatmaları təmin edilər. Bu da ictimai nəqliyyata olan güvəni artırar. İctimai nəqliyyat yaxşı işləyəcəyi, vətəndaşların tələbatlarını qarşılayacağı təqdirdə şəhərdə avtomobillərin sayı azalacaq. Hazırda paytaxt yollarında aparılan abadlıq işləri təqdirəlayiqdir. İnanırıq ki, bu dəyişikliklər yalnız görüntü xarakterli olmayacaq. Birbaşa avtomobillərin sıxlığının qarşısının alınmasına, sərnişinlərin, sürücülərin rahatlığına xidmət edəcək”, - deputat bildirib. 

 

Aytəkin Qardaşova

Tarix: 23 May 2024, 15:39   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin