BURADA REKLAMINIZ OLA
BİLƏR

Dövlət Vergi Xidmətinin xətti ilə büdcə daxilolmaları proqnozu 1.4 milyard manat artırılıb

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) xətti ilə daxilolmaların məbləği 15 milyard 270 milyon manat nəzərdə tutulur ki, bu da cari ilin təsdiq olunmuş göstəricisinə nisbətən 1 milyard 405 milyon manat və ya 10,1% çoxdur.

 

Bu barədə Maliyyə Nazirliyinin məlumatında bildirilir.

 

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmaların 4 milyard 580 milyon manatı və ya 30%-i neft sektorunun, 10 milyard 690 milyon manatı və ya 70%-i isə qeyri-neft sektorunun payına düşəcəkdir.

Tarix: 25 May 2024, 04:13   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin