BURADA REKLAMINIZ OLA
BİLƏR

Oyun meydançası yanıb, 27 nəfər ölüb

Hindistanın Qucarat ştatındakı Rajkot şəhərində oyun meydançasında baş verən yanğında ölənlərin sayı artıb.

 

Bu barədə NDTV telekanalı məlumat yayıb.

 

“Rajkot şəhərindəki oyun meydançasında baş verən güclü yanğın nəticəsində 9-u uşaq olmaqla 27 nəfər həlak olub”, – nəşr bildirib.

 

Yanğınsöndürənlər alovla mübarizəni davam etdirirlər. Axtarış-xilasetmə əməliyyatı davam edir, ona görə də qurbanların sayı daha da arta bilər.

 

Polis komissarının köməkçisi Vinayak Patelin dediyinə görə, dağıntılar altından çıxarılan cəsədlər tamamilə yanıb və onları praktiki olaraq tanımaq mümkün olmayıb.

 

Yanğının başvermə səbəbi müəyyən edilməyib.

 

APA

Tarix: 26 May 2024, 07:40   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin