BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda 1 milyon 200 minlik dələduzluq edən şəxs qərardan narazıdır

Bakıda dələduzluqda təqsirləndirilən Seyhun Salahovun barəsindəki qərardan kassasiya şikayəti verilib.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, Ali Məhkəmədə keçiriləcək ilkin hazırlıq iclası mayın 31-nə təyin edilib.

 

Şikayət hakim Teyyub Muxtarovun sədrliyi ilə araşdırılacaq.

 

Xatırlatma: Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Salahov 10 il azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib.
 

İttihama görə, S.Salahov ayrı-ayrı vətəndaşların etibarından istifadə edərək onlara qarşı dələduzluq edib. O,  ümumilikdə 1 milyon 200 min manat dələduzluqda təqsirləndirilir.

 

Kamal Məmmədov

 

 

Tarix: 27 May 2024, 08:46   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin