BURADA REKLAMINIZ OLA
BİLƏR

Koronavirusa yoluxduğu deyilən Əməkdar artist: “Ağciyərlərimdə...” - FOTO

Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının baş rejissoru, əməkdar artist Sərvər Əliyevdə koronavirusun əlamətləri müşahidə olunduğundan o, xəstəxanaya yerləşdirilib.

 

Hazırda xəstəxanada müalicə olunan sənətçi koronavirusdan verdiyi test nəticələrinin neqativ çıxdığını açıqlayıb: “Ötən gün özümü çox pis hiss edirdim. Həkimlər məni reanimasiyaya yerləşdirdilər. Yaxma nümunələrin nəticələri mənfi çıxdı. Ürəyimdə problem var. Şəkərim və təzyiqim yüksəkdir. Bütün xəstəliklərim sanki baş qaldırıb. Ağciyərlərimdə sətəlcəm aşkarlanıb. M.Ə.Əfəndiyev adına 2 saylı Şəhər Kliniki Xəstəxanasında həkimlərin ciddi nəzarəti altında müalicəmi davam etdirirəm”.

 

S.Əliyev ölkədə karantin rejiminin yumşaldılmasından sonra xəstələndiyini bildirib: “Ölkədə karantin rejimi tədbiq olunandan bəri küçəyə çıxmırdım. Karantin rejiminin yumşaldılmasından sonra insanlar küçələrə axın etdi. Bir neçə saatlıq banka getdim. Qoruyucu maskadan istifadə etsəm də, işə yaramadı. Düşünürəm ki, elə bankda sətəlcəmə yoluxmuşam”.

Fotoları təqdim edirik
Tarix: 28 May 2020, 14:46   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin