BURADA REKLAMINIZ OLA
BİLƏR

Söyüşə görə arvadının bibisi oğlunu bıçaqlayan şəxsə hökm oxundu

Gəncə Ağır Cinayətlər Məhkəməsində Bərdədə qohumunu bıçaqlamaqda təqsirləndirilən Anar Qazıyevin (soyadı şərti) ğ cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Roman Ələkbərlinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 
Məhkəmənin hökmü ilə ona 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.

 

İttihama görə, hadisə 11 iyun 2023-cü il tarixdə Bərdə rayonu, Kələntərli kəndində qeydə alınıb.

 

Belə ki, Anar Qazıyev fərdi yaşayış evinin həyətində həyat yoldaşının bibisi oğlu, zərərçəkmiş Ayxan Həsənovla (soyadı şərti) mübahisə edib. Mübahisəyə səbəb isə olaydan əvvəl telefonda danışarkən bir-birilərinə söyüş söymələri olub. Sonra o, mətbəx bıçağı ilə zərərçəkmiş şəxsin qarın nahiyəsinin 1 dəfə zərbə endirərək ona xəsarət yetirib.

 

Hadisədən sonra Anar Qazıyev saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

 

Kamal Məmmədov

Tarix: 29 May 2024, 09:03   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin