BURADA REKLAMINIZ OLA
BİLƏR

Məhkəmə piyadanı vuraraq öldürən sürücü ilə bağlı qərar verdi

Bakı Apellyasiya Məhkəməsində yol qəzası törətməkdə təqsirləndirilən Fazil İsmayılovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Əfqan Ələkbərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
 

Qərara əsasən, şikayət təmin edilməyib. 

 

İttihama görə, hadisə 15 dekabr 2023-cü il tarixdə, saat 08:55-də Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospektində qeydə alınıb.

 

Belə ki, Fazil İsmayılov idarə etdiyi "VAZ-21074" markalı avtomobillə hərəkətdə olarkən piyada M.Çaryyevi vurub. Xəstəxanaya çatdırılan yaralı orada ölüb.

 

Hadisədən sonra Fazil İsmayılov cinayət məsuliyyətinə cəlb edilib.

 

Kamal Məmmədov

Tarix: 29 May 2024, 09:59   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin