BURADA REKLAMINIZ OLA
BİLƏR

Tanışının burnunu sındıran gəncə elektron qolbaq taxıldı

Abşeron Rayon Məhkəməsində qəsdən sağlamlığa az ağır zərər vurmada təqsirləndirilən Nail Əsədovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Abusət Qasımovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
 

Məhkəmənin hökmü ilə o, 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib.

 

İttihama görə, hadisə ötən il Abşeron rayonu Masazır qəsəbəsi, Yoncalıq massivində yerləşən küçənin dalan hissəsində qeydə alınıb.

 

Belə ki, 2006-cı il təvəllüdlü Nail Əsədov əvvəlcədən tanıdığı zərərçəkmiş Fariz Fərəcovla (şərti) mübahisə edib. Mübahisəyə səbəb isə zərərçəkmiş əlində olan açarla onun qoluna xəsarət yetirməsi olub. Nəticədə Nail Farizin sifət nahiyəsindən qəsdən iki dəfə yumruqla vuraraq ona burun sümüyünün yerdəyişən sınığı ilə müşayiət olunan xəsarət yetirib.

 

Hadisədən sonra Nail Əsədov cinayət məsuliyyətinə cəlb edilib.

 

Kamal Məmmədov

 

Tarix: 29 May 2024, 10:09   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin