BURADA REKLAMINIZ OLA
BİLƏR

“Qanun hər kəs üçün qanundur, sadəcə polislərimiz yazıçılara, şairlərə hörmət edirlər” - Aqil Abbas müzakirələrə səbəb olan yazısından danışdı

Milli Məclisin deputatı Aqil Abbas Xankəndidə avtomobil idarə edərkən telefonla danışdığı üçün yol polisi tərəfindən saxlanılması, lakin polisin tanıdıqdan sonra onu cərimələməməsi barədə yazısının müzakirə yaratmasına aydınlıq gətirib. 


Deputat Pravda.az-a açıqlamasında belə deyib: 


“Bəli, qanun hər kəs üçün qanundur, sadəcə bizim polislərimiz sənətkarlara, yazıçılara, şairlərə hörmət edirlər. Mən pulu ödəyirdim, polis dedi ki, yaxşı yol. Burda başqa nə var ki?” 


A.Abbas yazısında “polis dedi ki, sükan arxasında  telefonla danışmaq olmaz, bu, 80 manat cərimə və 3 baldır” fikirlərinin müzakirə yaratmasına, sükan arxasında telefonla danışığa görə 80 manat deyil, 50 manat cərimə tətbiq edildiyini deyənlərə belə cavab verib: 


“Mən indiyə qədər cərimə olunmamışam, cəriməni bilmirəm. Mən nə edim? Yol polisi nəyə nə qədər cərimə yazırsa, bunu əzbər bilməliyəm? Nəqliyyat ekspertlərinin nə yazdıqları məni maraqlandırmır. Mən başqa şey yazmışam. O yazının mahiyyətini başa düşməyiblər, ağızlarına gələni danışırlar. Əlli manat, otuz manat... Nəqliyyat ekspertləri yazının mahiyyətini oxusunlar. Özlərinə gülürlər”. 

 
Aytəkin Qardaşova


Tarix: 29 May 2024, 14:51   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin