BURADA REKLAMINIZ OLA
BİLƏR

Elmar Məmmədyarovla erməni həmkarı görüşür

Slovakiyanın paytaxtı Bratislavada Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarovla Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnatsakanyan arasında görüş keçirilir.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəhbəri Leyla Abdullayeva məlumat yayıb.

 

Qeyd edək ki, E.Məmmədyarovla Z.Mnatsakanyan arasında sonuncu görüş sentyabrın 24-də ABŞ-ın Nyu-York şəhərində keçirilib.

Tarix: 4 Dekabr 2019, 22:31   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin