Şirvan Apellyasiya Məhkəməsində mənimsəmədə təqsirləndirilən Arzuman Hüseynov və Natiq Sadıqovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Habil Bəhmənovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, şikayət təmin edilməyib, Masallı Rayon Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli hökmü Arzuman Hüseynovun Cinayət Məcəlləsinin 179.2.1-ci (mənimsəmə), 179.2.2, 179.2.3 və 179.2.4-cü maddələri ilə məhkum edilməsinə dair hissədə ləğv olunub. O, Cinayət Məcəlləsinin 179.2.1, 179.2.2, 179.2.3 və 179.2.4-cü maddələri ilə cəza təyin edilməsinə dair müddəalar hökmdən xaric edilib, ittiham üzrə dəymiş maddi ziyanın tamamilə ödənilməsinə, zərərçəkmiş şəxslə barışmasına və məhkəmə tərəfindən müəyyən edilmiş pay üzrə 27788,015 manat maddi ziyanın 25 faizini, yəni 6950 manat məbləği onun hesabına ödədiyinə görə o, qeyd olunan maddələr üzrə verilmiş ittihama görə cinayət məsuliyyətindən azad edilib və cinayət təqibinə xitam verilib.
Masallı Rayon Məhkəməsinin hökmü Arzuman Hüseynova aid qalan hissədə, o cümlədən Natiq Sadıqova münasibətdə dəyişdirilmədən saxlanılıb.
Xatırlatma: Masallı Rayon Məhkəməsinin hökmü ilə Arzuman Hüseynov 5000 manat cərimə cəzasına, Natiq Sadıqov isə 1 il müddətinə dövlət və yerli özünü idarə orqanlarında vəzifə tutmaq hüququndan məhrum edilməklə 8000 manat miqdarında cərimə cəzasına məhkum edilmişdi.
İttihama görə, Arzuman Hüseynov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Masallı rayon Şöbəsinin müdiri, Natiq Sadıqov isə həmin qurumun Pensiya sektorunun müdiri vəzifəsində işləyib.
Onlar qabaqcadan əlbir olan bir qrup şəxs halında öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş özgə əmlakını vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla təkrarən israf etmə yolu ilə talayıb, qabaqcadan əlbir olan bir qrup şəxs halında xidməti vəzifələrinin icrası ilə əlaqədar üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə etməklə dövlətin qanunla qorunan mənafelərinə vahid niyyətlə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən təkrarən sui-istifadə edib, qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifəli şəxs qismində rəsmi sənədlərə bilə- bilə yalan məlumatları vahid tamah və şəxsi niyyətlə daxil edərək təkrarən vəzifə saxtakarlığı törədiblər.
Kamal Məmmədov
24 İyun 22:08
24 İyun 21:51
24 İyun 21:46
24 İyun 21:41
24 İyun 20:27
24 İyun 20:10
24 İyun 19:23
24 İyun 19:21
24 İyun 19:19
24 İyun 19:03
24 İyun 19:00
24 İyun 18:59
24 İyun 18:23
24 İyun 18:15
24 İyun 18:14
24 İyun 18:12
24 İyun 18:09
24 İyun 18:04
24 İyun 17:56
24 İyun 17:46
24 İyun 17:44
24 İyun 17:42
24 İyun 17:32
24 İyun 17:30
24 İyun 17:28
24 İyun 17:22
24 İyun 17:14
24 İyun 17:09
24 İyun 16:59
24 İyun 16:56
24 İyun 16:48
24 İyun 16:47
24 İyun 16:43
24 İyun 16:30
24 İyun 16:18
24 İyun 15:50
24 İyun 15:48
24 İyun 15:46
24 İyun 15:45
24 İyun 15:42
24 İyun 15:36
24 İyun 15:35
24 İyun 15:31
24 İyun 15:27
24 İyun 15:20
24 İyun 14:57
24 İyun 14:33
24 İyun 14:18
24 İyun 14:01
24 İyun 13:35
24 İyun 13:33
24 İyun 13:31
24 İyun 13:29
24 İyun 13:26
24 İyun 13:25
24 İyun 13:20
24 İyun 13:18
24 İyun 12:59
24 İyun 12:57
24 İyun 12:54
24 İyun 12:45
24 İyun 12:43
24 İyun 12:41
24 İyun 12:40
24 İyun 12:38
24 İyun 12:23
24 İyun 12:21
24 İyun 12:10
24 İyun 12:05
24 İyun 11:50
24 İyun 11:45
24 İyun 11:43
24 İyun 11:28
24 İyun 11:24
24 İyun 11:15
24 İyun 11:15
24 İyun 10:36
24 İyun 10:22
24 İyun 10:20
24 İyun 10:16
24 İyun 10:15
24 İyun 10:11
24 İyun 10:09
24 İyun 10:07
24 İyun 10:05
24 İyun 10:05
24 İyun 09:59
24 İyun 09:28
24 İyun 09:12
24 İyun 08:52
24 İyun 08:45
24 İyun 08:42
24 İyun 08:36
24 İyun 08:34
24 İyun 08:32
24 İyun 08:23
24 İyun 08:22
24 İyun 08:18
24 İyun 08:15
24 İyun 08:11
24 İyun 08:11
24 İyun 08:09
24 İyun 08:07
24 İyun 08:07
24 İyun 08:05
24 İyun 03:28
24 İyun 03:25
24 İyun 03:20
24 İyun 03:18
23 İyun 22:56
23 İyun 22:52
23 İyun 22:22
23 İyun 22:19
23 İyun 22:18
23 İyun 22:13
23 İyun 22:11
23 İyun 22:10
23 İyun 22:09
23 İyun 22:07
23 İyun 21:20
23 İyun 21:18
23 İyun 21:17
23 İyun 20:22
23 İyun 20:21
23 İyun 20:20
23 İyun 20:19
23 İyun 20:05
23 İyun 20:03
23 İyun 20:01
23 İyun 20:00
23 İyun 19:58
23 İyun 19:54
23 İyun 18:32
23 İyun 17:40
23 İyun 17:29
23 İyun 17:15
23 İyun 16:48
23 İyun 16:34
23 İyun 16:27
23 İyun 16:22
23 İyun 16:20
23 İyun 16:17
23 İyun 16:12
23 İyun 16:10
23 İyun 16:03
23 İyun 15:25
23 İyun 15:23
23 İyun 15:14
23 İyun 14:54
23 İyun 14:53
Ən son xəbərləri səhifəmizdən də izləyin