BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: "Söyüş müxalifəti"nə maliyyə və məlumat ötürən məmur, o cümlədən şəxslərin adları bəlli olacaq, onlar sərt şəkildə cəzalandırılacaqlar"

“Bir neçə ildir, Avropa və digər ölkələrə sığınaraq Azərbaycana, dövlət başçısına və məmurlara qarşı hədyanlar, təhqirlər yağdıran bir qrup "söyüş bloqerləri" artıq bir-birilərini ifşa etməyə başlayıblar. Əsas məqam budur ki, onları Azərbaycandan hansısa məmurların və şəxslərin maliyyələşdirdiyi, məlumat ötürdüyü qeyd olunur. Konkret adlar çəkilməsə də, belə fikirlər dolaşır. Təbii, öncədən də hiss olunurdu ki, sözügedən "bloqerlər" məlumatların bir çoxunu Azərbaycanda kimlərdənsə alırlar. Əslində, yaydıqları məlumatların böyük əksəriyyəti tamamilə yalan, hədyandır, heç bir həqiqətə sığmır. İndi bunlar öz içlərində bir-birilərini şantaj etməyə başlayıblar. Meydana belə bir sual çıxır ki, belə faktlar varsa, həmin məmur və şəxslər kimlərdir? Onların aşkarlanıb üzə çıxarılması üçün mütləq vacib işlər həyata keçirilməlidir”. 

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib. 

 

“Əminik ki, xüsusi xidmət orqanları, müvafiq təşkilatlar bununla bağlı işlər görürlər. Hər halda bütün bu məsələlər qanunauyğun şəkildə öz həllini tapmalıdır. Əsas məqam budur ki, həmin şəxslər tapılaraq ən sər qanunlarla cəzalandırılmalıdır. Çünki onların bu əməlləri dövlətə xəyanətdir. Avropaya sığınaraq özlərini "müxalifətçi" elan edib, tənqidi kənara qoyub hədyan dolu fikirlərlə ölkəmizi təhqir etmələri... Bu,  Azərbaycanın uğurlarına kölgə salmaqdır. Kimlərsə öz aralarındakı intriqaları ölkəmiz əleyhinə çevirməklə ölkə rəhbərliyini, vəzifəli şəxsləri gözdən salmaq istəyir. İnanırıq ki, yaxın zamanlarda həmin məmur və şəxslərin adları bəlli olacaq, sərt şəkildə cəzalandırılacaqlar”, - deputat bildirib. 

 

Aytəkin Qardaşova 

Tarix: 30 May 2024, 12:51   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin