BURADA REKLAMINIZ OLA
BİLƏR

Qonşusunu öldürən şəxsə 18 il həbs cəzası verildi

Şəki Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürmədə təqsirləndirilən Rövşən Rüstəmlinin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Bilal Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü o, 18 il müddətinə azadlıqdan məhrum edilib.


Qeyd: 2023-cü il dekabrın 7-si saat 1 radələrində Ağdaş rayonu ərazisində 1968-ci il təvəllüdlü Araz Hacıyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.


Araşdırmalarla 1973-cü il təvəllüdlü Rövşən Rüstəmlinin aralarında yaranmış mübahisə zamanı qonşusu Araz Hacıyevə küt alətlə xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Faktla bağlı Ağdaş rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, Rövşən Rüstəmli iş üzrə şübhəli şəxs qismində tutulub.

 

Kamal Məmmədov 

Tarix: 31 May 2024, 09:06   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin