BURADA REKLAMINIZ OLA
BİLƏR

Piyadanı vurub öldürərək qaçan gəncə şərti cəza verildi

Lənkəran Ağır Cinayətlər Məhkəməsində yol qəzası törətməkdə və hadisə yerindən qaçmaqda təqsirləndirilən 2007-ci il təvəllüdlü Namiq Kərimovun (adı, soyadı şərti) cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Əli Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə ona şərti cəza verilib. 

 

İttihama görə, hadisə 31 avqust 2023-cü il tarixdə, saat 03 radələrində Sabirabad rayonu Suqovuşan-Əsədli avtomobil yolunun Suqovuşan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

 

Belə ki, sürücülük hüququ olmayan Namiq Kərimov idarə etdiyi “Ford Transit” markalı yük avtomobili ilə 1957-ci il təvəllüdlü piyada, Sabirabad rayon sakini Məhərrəmov Qurbanəli İsmayıl oğlunu vuraraq öldürüb. Qəzadan sonra sürücü yük maşını ilə birgə hadisə yerindən qaçıb.

 

Hadisədən sonra Namiq Kərimov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib və barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilib.

 

Kamal Məmmədov

 

Tarix: 31 May 2024, 09:33   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin