BURADA REKLAMINIZ OLA
BİLƏR

Tanınmış rəssamın faciəvi şəkildə öldüyü hadisə ilə bağlı məhkəmə hökmü çıxarıldı

Lənkəran Ağır Cinayətlər Məhkəməsində yol qəzası törətməkdə təqsirləndirilən Hacıbaba Qafarovun (soyadı şərti) cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Müşfiq Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə o, 4 il 11 ay 29 gün müddətinə azadlıqdan məhrum edilib. Hökmdə qeyd olunub ki, təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin.

 

İttihama görə, hadisə 24 noyabr 2023-cü il tarixdə, saat 07:10 radələrində Neftçala rayonunun 2-ci Mayak kəndi istiqamətində qeydə alınıb.

 

Belə ki, Hacıbaba Qafarov idarə etdiyi “Muravey” markalı motosikletlə hərəkətdə olarkən nəqliyyat vasitəsinin qarşısına iribuynuzlu heyvan çıxıb. Bu zaman sürücü idarəetməni itirib. Nəticədə motosiklet aşıb və kuzada olan uzun illər Neftçala Tarix-Diyarşünaslıq Muzeyində çalışan rəssam Nurəddin Nəzərov yıxılaraq ağır xəsarət alıb. O, hadisə yerində dünyasını dəyişib.

 

Həmin vaxt onlar motosikletlə balıq tutmağa gedərmişlər.

 

Qeyd: Azərbaycan Rəssamlar İttifaqının üzvü olan Nurəddin Nəzərov dəfələrlə fərdi sərgiləri təşkil olunub. O, yaradıcılıq fəaliyyəti dövründə rəssamlığın müxtəlif mənzərə, portret, batal, animalistik, tematik tablo janrına müraciət edib. Əsərlərindən “Sonuncu ev”, “Qız qalası”, “Kleopatra”, “Min bir gecə”, “Qoca balıqçı”, “Avtoportret”, “Qladiator” və s. rəsmlərini nümunə göstərmək olar.

 

Kamal Məmmədov

Tarix: 31 May 2024, 09:35   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin