BURADA REKLAMINIZ OLA
BİLƏR

Məhkəmə zalında həbs edilən sürücü ilə bağlı qərar açıqlandı

Bakı Apellyasiya Məhkəməsində yol qəzası törətməkdə təqsirləndirilən 1998-ci il təvəllüdlü Şükür Fərziyevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Zaur Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
 

Qərara əsasən, şikayət təmin edilməyib. 

 

Qeyd: 2023-cü il avqustun 16-da saat 22 radələrində Pirallahı rayonunun S.Vurğun küçəsində Ş.Fərziyevin idarə etdiyi “Kia” markalı avtomobil yolun əks hərəkət zolağına çıxıb. Nəticədə avtomobil öz yolu ilə hərəkət edən 1967-ci il təvəllüdlü Əkbər Zeynalovun sürdüyü “Mercedes”ə çırpılıb. Ə.Zeynalov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

 

Hadisə baş verən gün Ş.Fərziyevin spirtli içki qəbul etməsi məlum olsa da, ekspertiza zamanı onun qanında spirt aşkar edilməyib.

 

Məhkəmədə mərhum Ə.Zeynalovun ailəsi Şükürə ən ağır cəzanın verilməsini tələb edib. Onlar təqsirləndirilən şəxsə qarşı 15 120 manat maddi zərər, 50 000 manat mənəvi zərər, 2034-cü ilin fevral ayına kimi hər ay 1000 manat pul, qiymətləndiriciyə xidməthaqqı üçün ödənilmiş 200 manat və dövlət rüsumu üçün ödənilən 289 manatın (ümumilikdə 185 609 manat) tutulmasını da mülki iddiada irəli sürüblər.

 

Pirallahı Rayon Məhkəməsi Ş.Fərziyevə 2 il sürücülük hüququndan məhrum edilməklə 5 il 3 ay həbs cəzası verilib. İbtidai istintaq və məhkəmə prosesi dövründə polisin nəzarəti altında olan şəxs məhkəmə zalındaca həbs  edilib. Həmçinin təqsirləndirilən şəxsdən 16 609 manat tutularaq zərərçəkmiş şəxsin hüquqi varisi və mülki iddiaçıya ödənilməsinə qərar verilib.

 

Kamal Məmmədov

 

 

Tarix: 31 May 2024, 09:45   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin