BURADA REKLAMINIZ OLA
BİLƏR

“Hardasa pul iyi olanda, hamısı gəlir” - FOTOLAR

“Jurnalistlər binası”nın qarşısında külək iki svetoforu aşırıb. Neçə gündür yol polisi orada olmayan svetofora görə gələnə-gedənə cərimə yazır. Çoxlu qəzalar da baş verib. Heç kim də səsini çıxarmır. Gərək kimsə xəstəxanalıq ola, sonra gəlib düzəldələr?”

 

Pravda.az-ın xəbərinə görə, bunu nəqliyyat üzrə ekspert Elməddin Muradlı deyib.

 

E.Muradlı qeyd edib ki, yolda ölüm və xəsarətlə, eləcə də maddi ziyanla nəticələnən qəzalara görə bəzi dövlət qurumlarını məhkəməyə verib “pişiyini ağaca dırmaşdırmaq” lazımdır: “Ondan sonra yollarda hoqqabazlıq etməzlər. Hardasa pul iyi olanda hamısı gəlir, amma haradasa iş görmək, təhlükənin qarşısını almaq lazım olanda yoxa çıxırlar və ya işı bir-birinin boynuna atırlar. Məhz svetoforun orada olmamasına görə qəzaya düşüb burnu qanayan varsa buna görə o işə cavabdeh olan bütün qurumlar qanun qarşısında cavab verməlidir. Fotolar bu gün baş verən qəzaya aiddir. Bibiheybət məscidi tərəfdən gələndə sağdakı iki konusvari svetofor küləkdən sonra yoxa çıxıb. Sağdakı iki təkrarlanan svetofordan birinin isə qırmızı işığı yanmır. Bu milləti yollarda qırmayın. Yazıqdır bu insanlar...”

Fotoları təqdim edirik
Tarix: 28 May 2020, 22:06   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin