1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir. Bu gün ölkəmizdə təhsil, mədəniyyət, səhiyyə və bu kimi sahələrin inkişafı üçün görülən işlər həm də uşaqlarımızın sağlam və hərtərəfli gələcəyi üçündür. Azərbaycanın sabahı olan uşaqları qorumaq, onların müdafiəsinə hamılıqla qoşulmaq, fiziki və mənəvi inkişafına töhvə vermək hər birimizin borcudur.
Mövzu ilə bağlı Pravda.az-a fikirlərini bölüşən Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova deyib ki, müasir dövrdə uşaq hüquqlarının müdafiəsi, onların hərtərəfli inkişafı istiqamətində addımların atılması bütün bəşəriyyəti düşündürür.

Deputat bildirib ki, uşaqlar onların gələcək və müsbət inkişafına, yaxşı təhsil alması və sağlam böyüməsinə yönəlik cəmiyyətdə yaşamağa layiqdirlər: “Uşaq hüquqlarının təmin edilməsi və müdafiə olunması Azərbaycanda dövlət siyasətinin mühüm istiqamətlərindən birini təşkil edir. Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş dövlət uşaq siyasəti ölkə başçısı cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xüsusi qayğısı və diqqəti nəticəsində daha da gücləndirilib. Azərbaycan uşaq hüquqları sahəsində bir sıra beynəlxalq sənədlərə qoşulub, uşaq hüquqlarının müxtəlif aspektllərini özündə əks etdirən qanunlar qəbul edib, həmçinin milli qanunvericiliyin təkmiləşdirilməsi istiqamətində mühüm işlər görüb. Qeyd etmək lazımdır ki, Azərbaycanın müstəqilliyinin ilk illərində qoşulduğu beynəlxalq sənədlərdən biri məhz “Uşaq hüquqları haqqında” Konvensiya olub. Xüsusilə vurğulamaq istəyirəm ki, bu sahədə qəbul edilmiş dövlət proqramları uşaq hüquqlarının müdafiəsində mühüm əhəmiyyət daşıyıb. Cəmiyyət inkişaf etdikcə, təbii ki, tələblər dəyişir, yeni çağırışlar meydana gəlir. “Gənclərin həm ailələrdə, həm məktəblərdə milli ruhda tərbiyə almaları xüsusilər əhəmiyyətlidir. Ələlxüsus da indiki şəraitdə. “Dünyada müxtəlif proseslər gedir, “qloballaşma” adı ilə faktiki olaraq eyniləşmə siyasəti aparılır, kütləvi informasiya vasitələri ilə müxtəlif təxribatlar ortaya atılır” - cənab Prezidentin bu fikirləri uşaq hüquqlarının müdafiəsi sahəsində prioritetləri müəyyən edir. 2018-ci ildə qəbul edilmiş və 2020-ci ildə qüvvəyə minmiş “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanun bu sahədə çox mühüm rol oynayacaq. 2019-cu ildə Azərbaycan “Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında” Avropa Şurası Konvensiyasına qoşulub. Ümumiyyətlə, müvafiq sahələrdə görülmüş işlər sırasında ilk olaraq qanunvericilik bazasının yaradılması və təkmilləşdirilməsi çox vacibdir. Qeyd edim ki, son illər uşaq hüquqlarının müdafiəsi istiqamətində bir sıra qanun layihələrinə əlavə və dəyişikliklər edilib”.
H.Hüseynova deyib ki, hökumət daim uşaq və gənclər üçün yaradılan imkanları genişləndirir: “Bu imkanların reallaşması üçün müasir tipli məktəblər, tibb ocaqları, idman kompleksləri tikilir, təmir edilir. Və əlbəttə ki, balalarımız da bu şəraitdən maksimum istifadə etməklə bilik və bacarıqlarını artırmalıdırlar. Çünki yalnız müasir dövrün tələb etdiyi peşələri düzgün seçməklə, elm, texnologiya, idman, incəsənət və digər sahələrdə uğurlar qazanmaqla, Azərbaycanımızın gələcəkdə daha da güclü olmasını təmin etmək mümkündür. Cənab Prezident öz çıxışlarında, əsasən də, uşaq və gənclərlə görüşlərində qeyd edir ki, “İnkişaf etmiş ölkə olmaq üçün gərək cəmiyyətin intellektual potensialı yüksək səviyyədə olsun”. Bu intellektual potensial isə sizsiniz. Biz çox şadıq ki, bu gün balalarımız, gənclərimiz çox uğurlu layihələrə, startaplara imza atırlar. Bir çox yerli və beynəlxalq tenderlərdə iştirak edir və qalib olurlar. Onların sırasında qızların olması isə bizi ikiqat sevindirir. XXI əsr gənclərin qarşısında bir sıra vəzifələr qoyur. Bu missiya nədən ibarətdir? Biz informasiya və innovativ texnologiyalar dövründə yaşayırıq. Biz necə etməliyik ki, gənclərimiz dünyadakı inkişafa uyğunlaşa və rəqabətə davam gətirə bilsin? Əlbəttə ki, gənclərimiz ilk növbədə sağlam, təhsilli, peşəkar olmalıdırlar ki, əmək bazarında rəqabətə dayanıqlı olsunlar. Ən əsası isə Vətəni sevmək və onun daha da güclü olması üçün çalışmaq lazımdır. Prezident İlham Əliyevin sözləri ilə desək, “Gələcək nəsil, ilk növbədə, vətənpərvər olmalıdır, milli ruhda tərbiyə almalıdır, öz doğma Vətəninə bağlı olmalıdır, bizim qədim ənənələrə sadiq olmalıdır və bilikli, savadlı olmalıdır. Belə olan halda ölkəmizin gələcəyi də parlaq olacaqdır”. Biz ümid edirik ki, yer üzündə yaşayan uşaqlar xoşbəxt həyat sürəcəklər və müharibədən, zorakılıqdan uzaq sağlam həyat yaşayaraq rifah içində böyüyəcəklər. Uşaqlar ailənin davamçısı olduğu kimi, həm də dövlətin gələcəyidir. Uşaqların hərtərəfli böyüməsi və inkişaf etdirilməsi üçün çalışmalıyıq. Bu istiqamətdə dövlət tərəfindən də lazimi dəstək göstərilir. Biz dövlətimizin gələcəyi olan uşaqların sağlam və rəqabətə dayanıqlı vətəndaş kimi böyüməsi üçün bütün gücümüzü səfərbər etməliyik”.
Psixoloq Aytəkin Məmmədova isə deyib ki, sağlam ailə psixologiyası uşaqlar üçün çox vacibdir:

“Uşaqlar təkcə ailənin deyil, cəmiyyətimizin də fərdidirlər. İstər bağça, istərsə də məktəb həyatında müəllimlərin, şagirdlərin, uşaqların bir-biri ilə rəftarı onların psixoloji-mənəvi keyfiyyətinə çox təsir edir. İnsan bioloji varlıq deyil, sosial varlıqdır. Təbii ki, sosial mühitlərin sabit olması bizim üçün çox vacibdir. Həmin sahələrdə problemləri həll edə bilmək psixoloji rahatlığa gətirib çıxarır. "Uşaqların fiziki inkişafı" dedikdə qida, idman həyatı əlavə məşğuliyyətlər nəzərdə tutulur. Bu sahədə valideynlər yetəri qədər dəqiq davranırlar, sadəcə, uşaqlar bəzən mənəvi cəhətdən emosional yorğunluqlara məruz qalır, emosional cəhətdən düzgün şəkildə böyüdülmürlər. Uşaqlarda ən böyük problemlərdən biri müqayisə olunmaları, təqdir görməməkləridir. Biz psixoloji problemləri məhz bunda yaşayırıq. Uşaq lazımi qədər qayğı görmür, yaxud həddindən artıq qayğı görür. Ədədi orta yoxdur. Hər iki hal uşaqlarda davranış probleminə gətirib çıxara bilir. Valideynlərdə, müəllimlərdə, uşaqlarla məşğul olan digər insanlarda ən vacib məqam onların psixoloji hallarının olqunluq səviyyəsidir. Çünki onlar uşağa onun problemini çözmək məqsədilə yanaşanda, psixoloji halını başa düşəndə daha rahat olur. Bəzən valideynlər deyirlər ki, biz onlar üçün hər şeyi etmişik, uşaqlar isə yenə də qane olmurlar. Halbuki əsas məsələ hər şey edilməsi deyil, ortadakı problem və onun həllidir. Yaxud uşağın onların istədiyi kimi olmasıdır. Uşaq arzu və istəklərini dilə gətirəndə qəbul olunmur. Təbii ki, şiddət, təhqir və bu kimi bizi narahat edən mövzular da var. Sadəcə, son dönəmlər bu, müəyyən dərəcədə azalıb. Təəssüf ki, hələ də var, amma təhqir hardasa azalıb. Tövsiyə edirəm ki, valideynlər övladlarının gözləntilərini öz travmatik tərəfləri ilə deyil, övladın arzu və istəyi kimi qəbul etsinlər. Bağça müəllimlərinin də uşaqlara düzgün yanaşması, onları müqayisə etmədən varlıq etibarilə var olduqları üçün sevmələri ən vacib məsələlərdən biridir”.
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” mövzusu üzrə dərc olunub.
Aytəkin Qardaşova

24 Oktyabr 00:36
24 Oktyabr 00:33
24 Oktyabr 00:32
24 Oktyabr 00:29
23 Oktyabr 22:21
23 Oktyabr 22:06
23 Oktyabr 21:04
23 Oktyabr 21:00
23 Oktyabr 20:48
23 Oktyabr 18:49
23 Oktyabr 18:49
23 Oktyabr 18:45
23 Oktyabr 18:41
23 Oktyabr 18:35
23 Oktyabr 18:31
23 Oktyabr 18:27
23 Oktyabr 18:23
23 Oktyabr 18:18
23 Oktyabr 18:12
23 Oktyabr 18:05
23 Oktyabr 17:59
23 Oktyabr 17:55
23 Oktyabr 17:48
23 Oktyabr 17:42
23 Oktyabr 17:39
23 Oktyabr 17:37
23 Oktyabr 17:33
23 Oktyabr 17:24
23 Oktyabr 17:19
23 Oktyabr 17:17
23 Oktyabr 17:12
23 Oktyabr 17:05
23 Oktyabr 16:57
23 Oktyabr 16:51
23 Oktyabr 16:39
23 Oktyabr 16:35
23 Oktyabr 16:31
23 Oktyabr 16:29
23 Oktyabr 16:21
23 Oktyabr 16:17
23 Oktyabr 16:12
23 Oktyabr 16:07
23 Oktyabr 16:07
23 Oktyabr 15:59
23 Oktyabr 15:58
23 Oktyabr 15:54
23 Oktyabr 15:39
23 Oktyabr 15:37
23 Oktyabr 15:25
23 Oktyabr 15:18
23 Oktyabr 15:15
23 Oktyabr 15:10
23 Oktyabr 15:05
23 Oktyabr 14:55
23 Oktyabr 14:47
23 Oktyabr 14:45
23 Oktyabr 14:41
23 Oktyabr 14:33
23 Oktyabr 14:29
23 Oktyabr 14:27
23 Oktyabr 14:15
23 Oktyabr 14:11
23 Oktyabr 14:09
23 Oktyabr 14:04
23 Oktyabr 13:54
23 Oktyabr 13:47
23 Oktyabr 13:42
23 Oktyabr 13:39
23 Oktyabr 13:35
23 Oktyabr 13:29
23 Oktyabr 13:25
23 Oktyabr 13:22
23 Oktyabr 13:17
23 Oktyabr 13:10
23 Oktyabr 12:53
23 Oktyabr 12:47
23 Oktyabr 12:44
23 Oktyabr 12:36
23 Oktyabr 12:32
23 Oktyabr 12:30
23 Oktyabr 12:24
23 Oktyabr 12:13
23 Oktyabr 12:07
23 Oktyabr 12:01
23 Oktyabr 12:00
23 Oktyabr 11:56
23 Oktyabr 11:52
23 Oktyabr 11:45
23 Oktyabr 11:40
23 Oktyabr 11:35
23 Oktyabr 11:31
23 Oktyabr 11:16
23 Oktyabr 11:14
23 Oktyabr 11:12
23 Oktyabr 11:10
23 Oktyabr 10:45
23 Oktyabr 10:42
23 Oktyabr 10:38
23 Oktyabr 10:34
23 Oktyabr 10:33
23 Oktyabr 10:31
23 Oktyabr 10:21
23 Oktyabr 10:18
23 Oktyabr 10:17
23 Oktyabr 10:15
23 Oktyabr 10:08
23 Oktyabr 10:07
23 Oktyabr 09:59
23 Oktyabr 09:58
23 Oktyabr 09:57
23 Oktyabr 09:34
23 Oktyabr 09:12
23 Oktyabr 09:03
23 Oktyabr 08:41
23 Oktyabr 08:31
23 Oktyabr 08:25
23 Oktyabr 08:20
23 Oktyabr 08:16
23 Oktyabr 08:16
23 Oktyabr 08:14
23 Oktyabr 08:12
23 Oktyabr 08:08
23 Oktyabr 06:26
23 Oktyabr 06:24
23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
22 Oktyabr 18:55
22 Oktyabr 18:49
22 Oktyabr 18:47
22 Oktyabr 18:43
22 Oktyabr 18:40
22 Oktyabr 18:35
22 Oktyabr 18:30
22 Oktyabr 18:19
22 Oktyabr 18:15
22 Oktyabr 18:10
22 Oktyabr 18:10
22 Oktyabr 17:59
22 Oktyabr 17:52
22 Oktyabr 17:45
22 Oktyabr 17:39
22 Oktyabr 17:25
22 Oktyabr 17:24
Ən son xəbərləri səhifəmizdən də izləyin