BURADA REKLAMINIZ OLA
BİLƏR

Rüşvət almada təqsirləndirilən məktəb direktoru yenidən məhkəmə qarşısında

Rüşvət almada təqsirləndirilən Kəlbəcər rayonu 3 saylı tam orta məktəbinin direktoru Bəylər Bəylərovun barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclasının vaxtı məlum olub.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, Ali Məhkəmədə keçiriləcək ilkin hazırlıq iclası iyunun 4-nə təyin edilib.

 

Şikayət hakim Şahin Yusifovun sədrliyi ilə araşdırılacaq.

 

Xatırlatma: Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, 1 il 6 ay müddətinə dövlət və yerli özünü idarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə B.Bəylərova 5 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 70-ci (Şərti məhkum etmə) maddəsi tətbiq olunaraq, ona təyin edilən 5 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası 3 il sınaq müddəti ilə şərti hesab olunub. Ali Məhkəmə isə qərarı tamamilə ləğv edib, işi yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərib.
 


Qeyd: B.Bəylərov 2003-cü ildən Kəlbəcər rayonu 3 saylı tam orta məktəbin direktoru vəzifəsində işləyir. O, 2017-ci ildə keçirilən müsabiqədə müvəffəqiyyət qazanmamış şəxsdən 2 500 manat pulu rüşvət yolu ilə alaraq direktoru olduğu məktbə müəllim vəzifəsinə təyin edib.


 
İstintaq dövründə B.Bəylərovun barəsində Cinayət Məcəlləsinin 311.2-ci (Vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə (hərəkətsizliyə) görə rüşvət alma ) maddəsi ilə ittiham irəli sürülüb və başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdi.

 

Kamal Məmmədov

Tarix: 3 İyun 2024, 08:54   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin