BURADA REKLAMINIZ OLA
BİLƏR

Restoranda faciəyə səbəb olan şəxs yenidən məhkəmə qarşısına çıxarılır

Bakıda qəsdən sağlamlığa ağır zərər vurmaqla ölümə səbəb olmaqda təqsirləndirilən Rüfət Əkbərlinin barəsindəki hökmdən apellyasiya şikayəti verilib.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək ilkin hazırlıq iclası iyunun 4-nə təyin edilib.

 

Şikayət hakim Cavid Hüseynin sədrliyi ilə araşdırılacaq.

 

Xatırlatma: Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Əkbərliyə 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin edilib.

 

İttiham aktına əsasən, R.Əkbərli Cinayət Məcəlləsinin 126.3-cü (Qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirli bilinib. Lakin məhkəmə onun əməlini CM-nin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsinə tövsif edib və bununla da R.Əkbərlinin cəzası yüngülləşib.

 

Qeyd: Hadisə 2023-cü ilin iyul ayında Bakı şəhəri, Səbail rayonunda qeydə alınıb. Belə ki, rayonun Bibiheybət qəsəbəsi, N.Quliyev küçəsi 57 ünvanında yerləşən restoranlardan birində R.Əkbərli iş yoldaşı Azər Ömərovla güləşməyə başlayıb. R.Əkbərli A.Ömərova fənd tətbiq edərək onu zərblə yerə yıxıb. Ağır bədən xəsarətləri alan A.Ömərov hadisə yerində dünyasını dəyişib.

 

Kamal Məmmədov

 

 

Tarix: 3 İyun 2024, 09:08   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin