BURADA REKLAMINIZ OLA
BİLƏR

Əmisini ov tüfəngi ilə öldürən şəxslə bağlı məhkəməyə müraciət edildi

Bakıda əmisini ov tüfəngi ilə öldürməkdə təqsirləndirilən Elməddin Fətəliyevin barəsindəki hökmdən apellyasiya şikayəti verilib. 

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək ilkin hazırlıq iclası iyunun 5-nə təyin edilib.

 

Şikayət hakim Qədim Babayevin sədrliyi ilə araşdırılacaq.

 

Xatırlatma: Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, E.Fətullayev Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsində nəzərdə tutulan cinayət  əməlini törətməkdə təqsirli bilinib və o, 12 il müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd: Hadisə 2023-cü ilin oktyabrında Xətai rayonu,  NZS qəsəbəsində yerləşən avtomobil təmiri sexində qeydə alınıb.  

 

İstintaqla müəyyən edilib ki, 1984-cü il təvəllüdlü Elməddin Fətəliyevin aralarında yaranmış mübahisə zamanı əmisi, 1971-ci il təvəllüdlü Arif Fətəliyevi ov silahından bir dəfə atəş açaraq qəsdən öldürüb.  

 

E.Fətullayev hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

 

Kamal Məmmədov

Tarix: 4 İyun 2024, 08:50   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin