BURADA REKLAMINIZ OLA
BİLƏR

"Bu təxribatçı aksiyanın təşkilatçıları Azərbaycanı İsrailin əsas neft təchizatçılarından biri kimi təqdim etməklə..."

"Azərbaycan İsraillə hər zaman dostluq münasibətlərində olub. Hər iki ölkənin iqtisadi münasibətləri də yüksək səviyyədə inkişaf edir. Lakin Azərbaycanın İsraillə yüksək səviyyəli münasibətləri olsa da, birbaşa neft ticarəti yoxdur, çünki neft istehsalçısı olan bütün şirkətlər mallarını treyderlərə satırlar. Treyderlərin isə sonrakı mərhələdə nefti kimə satdığına şirkətlər nəzarət edib, müdaxilə edə bilməz. Bir qrup Fələstin tərəfdarının SOCAR-ın İstanbuldakı ofisinin qarşısında aksiya keçirməsi birmənalı qarşılanmamalıdır. Çünki bu təxribatçı aksiyanın təşkilatçıları Azərbaycanı İsrailin əsas neft təchizatçılarından biri kimi təqdim etməklə SOCAR-ın timsalında bütövlükdə Azərbaycanı Türkiyə ictimaiyyəti qarşısında nüfuzdan salıb ləkələməyi hədəfləyib".

 

Bu sözləri Pravda.az-a açıqlamasında Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Müşfiq Cəfərov deyib.

 

"Türkiyə mətbuatında da binaya hücum edənlərin əsl hədəfi qeyd edilir və bildirilir ki, hücum edənlər yalan məlumat əsasında Azərbaycan və Türkiyə münasibətlərinə xələl gətirməyə çalışır.
Maraqlı məqam isə aksiyada iştirak edənlərin bir çoxunun Suriya və İraqda Türkiyəyə qarşı döyüşən terrorçu qruplaşmaların fəaliyyətini dəstəkləməsi olub. Elə bu fakt kifayət edir ki, bu təxribatda əsl məqsədin Qəzza olmadığını açıq-aydın ortaya qoysun. "Aksiyada xarici qüvvələrin əli var" desəm, yanılmaram. Azərbaycanla münasibətlərə zərər vurmaq məqsədilə Türkiyə cəmiyyəti üçün həssas olan Qəzza alət olaraq istifadə edilir", - deputat bildirib.

 

 

Tarix: 4 İyun 2024, 09:51   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin