BURADA REKLAMINIZ OLA
BİLƏR

Aİ-92 1.50 AZN olacaq? - "Qiymət artımı düzgün deyil, amma gərək hamı velosipeddən istifadə edilməsinə şüurlu şəkildə yanaşsın"

“İnsanlar minik avomobillərindən imtina etsinlər deyə Aİ-92 markalı benzinin qiymətini minik avtomobilləri üçün 1 manat 50 qəpik qaldırmaq düzgün deyil. Əslində, bu istiqamətdə təbliğat, maarifləndirmə işini gücləndirmək daha yaxşı variant olar. Benzinin qiymətini qaldırsaq, söz-söhbət, narazılıq yaranacaq. Benzinin qiyməti dünya bazarından asılı olan məsələdir. Süni sürətdə bahalaşmanın isə əleyhinəyəm. Gərək, hər kəs velosipeddən, skuterdən istifadə edilməsinə şüurlu şəkildə yanaşsın. Bilsinlər ki, bu, əvvəla insanın öz sağlamlığına xidmət göstərən amildir. İkincisi, başa düşərlər ki, ekoloji baxımdan təmizdir, şəhərin qorunmasında iştirakçı olarıq...” 

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Aqil Məmmədov deyib. 

 

 

“Xüsusən, Bakıda, böyük şəhərlərimizdə yaşayan hər bir vətəndaşımız düşünməlidir ki, tıxacda nə qədər vaxt itirir, əsəbləşir, maşınlar tıxacda qeyri-işlək vəziyyətdə nə qədər benzin sərf edir, ekoloji, iqtisadi baxımdan da ziyandır. Bunları görüb, özümüz başa düşməliyik ki, ekolji cəhətdən təmiz şəhərin yaranması üçün vətəndaş olaraq mən nə etməliyəm? “Mən də işə velosipedlə gedib-gələ bilərəmmi?” sualını özümüzə vermişik? Yaxud velosipedlə gedib-gəlmək insana utanc hissi gətirir, yoxsa xeyirli tərəfləri var? Bunları düşünməyimiz, digər variantlardan daha yaxşıdır”, - deputat bildirib. 

 

A.Məmmədov “siz özünüzün və digər deputatların, məmurların işə velosipedlə gedib-gəlmələrinə necə baxırsınız?” sualına belə cavab verib: “İnanın ki, buna çox yaxşı baxıram. Elə həmkarlarımız var ki, çox uzaq məsafədən gəlirlər. Onlara demək olmaz ki, işə velosipedlə gəlsinlər. Yaxın məsafə olsa, yaşlıların velosipeddən istifadəsini qəbul etmək olar, amma uzaq məsafədən gəlib çıxmaq onlara da çətinlik yaradar. Məmurlarımızın, deputatlarımızın velosipeddən istifadəsi çox gözəl olar. İnsanlar nümunə götürərlər. Bu sadəlikdir. Niyə olmasın? İnsanlardan qaçmaq olmaz, camaatın içində olmalıyıq. Onsuz da camaatın içindəyik. Maşına otur, evə get, evdən maşına otur, gəl işə... Bu nə deməkdir? Bacaran üçün velosipeddən istifadə yaxşıdır. Bacarmayanlar da öyrənməlidir”. 

 

Aytəkin Qardaşova 

Tarix: 4 İyun 2024, 12:54   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin