BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat Xəzər Dəniz Gəmiçiliyinin zavovunda baş verən hadisədən danışdı: "Lazımi tədbirlərin görülməsi qaçılmazdır"

““Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin “Zığ" Gəmi Təmiri və Tikintisi Zavodunun 61 saylı üzən tərsanəsində zavodun 5 əməkdaşının qazdan zəhərlənərək ölməsi hər birimizi kədərləndirir. Çünki onlar Azərbaycan vətəndaşıdırlar. Belə bir hadisənin baş verməsi təəssüf hissi ilə qarşılanmalıdır”. 

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib. 

 

“Beş əməkdaşın həlak olması faciədir. Bu həm onların yaxınları, əzizləri üçün, həm də iş kollektivi üçün ağır dərddir,  Həlak olanlara Allahdan rəhmət diləyirəm. Ailələrinə başsağlığı verir, kədərimi ifadə edirəm. İstintaq-əməliyyat tədbirləri aparılır, sözsüz, ölümün səbəbləri istintaqdan sonra məlum olacaq. Həqiqətən də, hansısa səhlənkarlıq varsa, bu hadisənin baş verməsi kimlərdən asılıdırsa, həmin insanlar haqqında lazımi tədbirlərin görülməsi qaçılmazdır”, - deputat bildirib. 

 

Aytəkin Qardaşova 

Tarix: 4 İyun 2024, 15:47   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin