BURADA REKLAMINIZ OLA
BİLƏR

Gənc oğlan anasına sevgi təklifləri edən ustanı bıçaqladı - HÖKM

Bərdədə qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Hafiz Yusifovun (şərti) cinayət işi üzrə məhkəmə istintaq başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Elmin Rüstəmovun sədrliyi keçirilən prosesdə hökm oxunub.


Məhkəmənin hökmü ilə ona şərti cəza verilib.


İttihama görə, hadisə 04 iyun 2023-cü il tarixdə, saat 00:15 radələrində Bərdə rayonu ərazisində qeydə alınıb.


Belə ki, 2005-ci il təvəllüdlü Hafiz Yusifov olaydan əvvəl anasının mobil telefonuna zəng danışıqlarının səs yazma proqramını daxil edib. Sonra o, telefonu dinləyən zaman anası ilə zərərçəkmiş Fərid Sabitovun (şərti) səsini eşidib. Həmin şəxs anasına sevgi təklifləri edib. Daha sonra Hafiz zərərçəkmişin yaşadığı evin qarşısına gələrək onu çölə çağırıb. Onların arasında mübahisə düşüb, nəticədə təqsirləndirilən şəxs özü ilə gətirdiyi mətbəx bıçağı ilə Fəridin qarın nahiyəsinə üç dəfə zərbə endirərək ona bədən xəsarətləri yetirib.


Hadisədən sonra Hafiz Yusifov saxlanılıb və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.


Qeyd: Fərid Sabitov rayon ərazisində maşın ustası kimi fəaliyyət göstərir.

 

Kamal Məmmədov 

Tarix: 5 İyun 2024, 08:06   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin