BURADA REKLAMINIZ OLA
BİLƏR

Maşınla qadını vuraraq öldürən “pravasız” sürücüyə şərti cəza verildi

Ağdamda piyadanın ölümü ilə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Xəyal Məhərrəmovun cinayət işi üzrə məhkəmə istintaq başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Mikayıl Məmmədzadənin sədrliyi keçirilən prosesdə hökm oxunub.


Məhkəmənin hökmü ilə ona şərti cəza verilib.


Qeyd: Hadisə 2023-cü il dekabrın 26-da Ağdam rayonunun Quzanlı qəsəbəsinin Heydər Əliyev prospektində qeydə alınıb. Belə ki, "Lada Priora" markalı avtomobilin sürücüsü Xəyal Məhərrəmov yolu keçmək istəyən Mehparə Qurbanovanı vurub. Nəticədə qadın aldığı müxtəlif bədən xəsarətlərindən yerində dünyasını dəyişib.


Sürücüyə qarşı Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə ittiham irəli sürülüb.


İttihamda qeyd edilib ki, Xəyal Məhərrəmov maşını sürücülük vəsiqəsi olmadan idarə edirmiş.


Kamal Məmmədov 



Tarix: 5 İyun 2024, 08:10   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin