BURADA REKLAMINIZ OLA
BİLƏR

Toyda dava saldı, qonağın burnunu sındırdı, elektron qolbaq taxıldı

Şirvan Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa az ağır zərər vurmada və xuliqanlıqda təqsirləndirilən Nahid Əsədovun (şərti) barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti üzrə məhkəmə iclası başa çatıb.
 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Habil Bəhmənovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.


Qərara əsasən, protest təmin edilməyib.


İttihama görə, hadisə 2023-cü ildə Kürdəmir rayonu, Mürtülü kəndində yerləşən “Sabrina” şadlıq evində qeydə alınıb.


Belə ki, 2001-ci il təvəllüdlü Nahid Əsədov qohumunun övladının toy məclisi zamanı sərxoş vəziyyətdə Şamaxı rayonu sakini, 1999-cu il təvəllüdlü, zərərçəkmiş Tahir Qafarovla (şərti) mübahisə edib. Mübahisəyə səbəb isə o, zərərçəkmiş şəxsin məclisdə stol arxasında düzgün oturmadığını bəhanə edib. Bu zaman Nahid xuliqanlıq niyyəti ilə onun burun nahiyəsindən yumruqla bir dəfə qəsdən zərbə vurub. Nəticədə Tahirin burun sümüyü sınıb.


Hadisədən sonra Nahid Əsədov saxlanılıb və barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.
 

Kürdəmir Rayon Məhkəməsinin hökmü ilə o, 1 il 8 ay 14 gün müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum olunub. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti verib.

 

Kamal Məmmədov 

Tarix: 5 İyun 2024, 08:20   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin