BURADA REKLAMINIZ OLA
BİLƏR

Kürdəmirdə həmkəndlisinin öldürmək istəyən şəxsin cəzası artırıldı

Şirvan Apellyasiya Məhkəməsində Kürdəmir rayonunda həmkəndlisinin öldürməyə cəhd etməkdə təqsirli bilinən 1990-cı il təvəllüdlü Ramiz Hüseynovun barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti üzrə məhkəmə iclası başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Yaşar Həşimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.


Qərara əsasən, protest təmin edilib, apellyasiya şikayətləri təmin olunmayıb. Təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin çıxardığı 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası dövlət ittihamçısı tərəfindən verilən apelyasiya protestinə münasibətdə ləğv edilib. Belə ki, Ramiz Hüseynov Cinayət Məcəlləsinin 29, 120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 7 il 10 ay 15 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.


Qeyd: 2023-cü il aprelin 18-də Kürdəmir rayonu, Çöl-Qubalı kənd sakini, 1988-ci il təvəllüdlü Sahil Həsənovun xəsarətlə xəstəxanaya daxil olması barədə rayon prokurorluğuna məlumat daxil olub.


İlkin araşdırma zamanı 1990-cı il təvəllüdlü Ramiz Hüseynovun şəxsi münasibətlər zəminində həmkəndlisi Sahil Həsənova kəsici-deşici alətlə xəsarətlər yetirərək onu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.


Ramiz Hüseynovun barəsində Cinayət Məcəlləsinin 29, 120.1 (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.
 

İttihamda göstərilib ki, 14 fevral 2019-cu ildə zərərçəkmiş onun evinə daxil olaraq bud nahiyəsindən üç bıçaq xəsarəti yetirib. Sonra düşmənçilikləri daha da gərginləşib. Daha sonra Sahil Həsənov Ramizi mütəmadi olaraq kənd ərazisində təhqir edərək bezdirdiyi üçün onu cəzalandırmaq qərarına gəlib və əlini bıçağa atıb.

 

Kamal Məmmədov 

Tarix: 5 İyun 2024, 08:27   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin