BURADA REKLAMINIZ OLA
BİLƏR

Abşeronda sex rəisi fəhləni buna görə döydü

Abşeron Rayon Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Fərrux Səfərovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Vaqif Həsənovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Məhkəmənin hökmü ilə o, 1 000 manat məbləğində cərimə cəzasına məhkum edilib.


İttihama görə, hadisə 04 avqust 2023-cü il tarixdə, saat 11 radələrində Abşeron rayonu Novxanı qəsəbəsi ərazisində yerləşən ictimai yer hesab edilən MMC-lərin birinin həyətində qeydə alınıb.
 

Belə ki, həmin şirkətin sexində rəis işləyən Fərrux Səfərov həmin MMC-də fəhləlik edən zərərçəkmiş Mübariz Əliyevlə (şərti) mübahisə edib. Mübahisəyə səbəb isə MMC-də fəaliyyət göstərən sexin ərazisini zərərçəkmişin tərk etməsi olub. Bu zaman təqsirləndirilən şəxs Mübarizin sifət, baş nahiyələrinə yumruqla qəsdən ardıcıl zərbələr vuraraq ona xəsarətlər yetirib.


Hadisədən sonra Fərrux Səfərov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

 

Kamal Məmmədov 


Tarix: 5 İyun 2024, 08:33   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin