BURADA REKLAMINIZ OLA
BİLƏR

Sürücülər yol verməmək üstündə mübahisə etdi, biri döyüldü - HÖKM

Abşeron Rayon Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Nizami Əsədovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Vaqif Həsənovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Məhkəmənin hökmü ilə qazancından dövlət nəfinə 20 faiz pul tutulmaqla o, 1 il müddətinə islah işləri cəzasına məhkum edilib.


İttihama görə, hadisə 14 fevral 2023-cü il tarixdə, saat 08:20 radələrində bşeron rayonu, Masazır-Novxanı yolunda qeydə alınıb.


Belə ki, 2004-cü il təvəllüdlü Nizami Əsədov sərnişin kimi əyləşdiyi atasının idarə etdiyi “Mitsubishi Pajero” markalı avtomobillə hərəkətdə olan zaman onlarla eyni istiqamətdə arxadan gələn “Hyundai Elantra” markalı maşının sürücüsü, zərərçəkmiş Həsən Babayevlə yolun kənarında mübahisə edib. Mübahisəyə səbəb isə bir-birlərinə yol verməmələri olub. Bu zaman təqsirləndirilən şəxs zərərçəkmişin sifət nahiyəsinə qəsdən bir dəfə vuraraq ona xəsarət yetirib.


Hadisədən sonra Nizami Əsədov saxlanılıb və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

 

Kamal Məmmədov 





Tarix: 5 İyun 2024, 08:34   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin