BURADA REKLAMINIZ OLA
BİLƏR

Gənc oğlan işdən gec çıxan sevgilisini maşında döydü

Abşeron Rayon Məhkəməsində qəsdən sağlamlığa az ağır zərər vurmada təqsirləndirilən Mahir Babaşovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Abusət Qasımovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Məhkəmənin hökmü ilə icraata xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməməsi nəzərə alınıb.


İttihama görə, hadisə 01 aprel 2024-cü il tarixdə saat 20 radələrində Abşeron rayonu ərazisində qeydə alınıb.


Belə ki, 2001-ci il təvəllüdlü Mahir Babaşov etibarnamə əsasında idarə edib saxladığı “Mercedes Benz 190” markalı avtomobilin salonunda qabaq sağ oturacaqda sərnişin qismində əyləşmiş ailə həyatı qurmaq istədiyi tanışı, zərərçəkmiş Jalə Məmmədova (şərti) mübahisə edib. Mübahisəyə səbəb isə qadının işlədiyi yerdən nəzərdə tutulmuş vaxtdan bir neçə dəqiqə gec çıxması olub. Mahir qısqanclıq zəminində Jaləni əvvəlcə danlayıb, sonra əl, yumruq zərbələri ilə onun sifət, baş və bədən nahiyələrinə qəsdən ardıcıl zərbələr vuraraq ona xəsarətlər yetirib.


Hadisədən sonra Mahir Babaşov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

 

Kamal Məmmədov 


Tarix: 5 İyun 2024, 08:42   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin