BURADA REKLAMINIZ OLA
BİLƏR

Tanışını döyərək öldürməkdə təqsirləndirilən şəxslə bağlı qərar açıqlandı

Ali Məhkəmədə Quba rayonunda tanışını döyərək öldürməkdə təqsirləndirilən Şöhrət Mursəliyevin barəsindəki qərardan verilən kassasiya şikayətinə baxılıb.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 
Qərara əsasən, şikayət təmin edilməyib. 
 

Xatırlatma: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib və 4 il müddətinə azadlıqdan məhrum edilib. Şöhrət Mursəliyev ona təyin edilmiş azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək. 

 

Qeyd: 2021-ci il avqustun 30-da Quba rayonu, Gültəpə kənd sakini, 1966-cı il təvəllüdlü Zeydulla Əzizovun almış olduğı xəsarətlər nəticəsində Qusar Rayon Mərkəzi Xəstəxanasında ölməsi faktı ilə bağlı Quba Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanan cinayət işinin ibtidai istintaqı tamamlanıb. 

 

İstintaqla müəyyən edilib ki, 23.08.2021-ci il tarixdə saat 01 radələrində Gültəpə kəndi ərazisində 1993-cü il təvəllüdlü Şöhrət Mursəliyev tanışı Zeydulla Əzizov ilə aralarında şəxsi münasibətlər zəminində baş verən mübahisə zamanı sonuncunun bədəninin müxtəlif nahiyələrinə yumruq və təpiklə xəsarətlər yetirib, nəticədə Z.Əziziov avqusun 30-da almış olduğu xəsarətlərdən xəstəxanada ölüb. 

 

Toplanan kifayət qədər sübutlar əsasında Şöhrət Mursəliyevə Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib və barəsində həbs qətimkan tədbiri seçilib. 
 

Cinayət işi baxılması üçün aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

 

Kamal Məmmədov

 

Tarix: 6 İyun 2024, 08:19   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin