BURADA REKLAMINIZ OLA
BİLƏR

Yeni ilin ilk günü piyadanı vurub öldürməkdə günahlandırılan sürücü ilə bağlı QƏRAR

Bakıda avtomobillə piyadanı vuraraq öldürməkdə təqsirləndirilən İslam Nəcəfquliyevin barəsindəki qərardan dövlət ittihamçısı tərəfindən verilən kassasiya protesti üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, Ali Məhkəmənin hakimi Teyyub Muxtarovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, protest təmin edilməyib.

 

İttihama görə, hadisə 01 yanvar 2022-ci il tarixdə, saat 18:29 radələrində Xəzər rayonunun Binə qəsəbəsi, Bakı-Mərdəkan şosesində qeydə alınıb.

 

Belə ki, 1997-ci il təvəllüdlü İslam Nəcəfquliyev idarə etdiyi “Mersedes Benz C220” minik markalı avtomobillə yolu keçən paytaxt sakini Cəfər Cəfərovu vurub. 

 

Xəstəxanaya yerləşdirilən piyada yanvarın 2-də ölüb.

 

Xəzər Rayon Məhkəməsinin hökmü ilə o, 3 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdə qeyd edilib ki, təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Lakin İslam Nəcəfquliyev hökmdən narazı qalaraq apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi hökmü ləğv edib və ona bəraət verib. Bu qərardan isə dövlət ittihamçısı apellyasiya protesti ilə Ali Məhkəməyə müraciət edib.

 

Kamal Məmmədov

Tarix: 6 İyun 2024, 08:22   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin