BURADA REKLAMINIZ OLA
BİLƏR

Uşaq bağçasında qətl törədən şəxsin şikayəti təmin edilmədi

Bakıda qətldə təqsirləndirilən Kamran Məmmədlinin barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası yekunlaşıb.



Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.



Qərara əsasən, şikayət təmin edilməyib.



Xatırlatma: Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə K.Məmmədli 10 il azadlıqdan məhrum edilib.


İttihama görə, Bakı şəhər sakini Kamran Məmmədli şəxsi münaqişə nəticəsində tanışı Rəsul Cavadzadə ilə mübahisə edib. Mübahisə Bakı şəhəri ərazisindəki uşaq bağçasının həyətində davaya çevrilib. Dava nəticəsində K.Məmmədli R.Cavadzadəni 4 bıçaq zərbəsi ilə qətlə yetirib.



K.Məmmədliyə qarşı Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham verilib.
 

Kamal Məmmədov 


Tarix: 6 İyun 2024, 09:40   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin