BURADA REKLAMINIZ OLA
BİLƏR

Söyüşə görə tanışını bıçaqlayan şəxsə hökm oxundu

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Mahir Bayramovun  (soyadı şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, sonuncu keçirilən prosesdə hökm oxunub. 
 

Məhkəmənin hökmü o, 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

 

İttihama görə, hadisə 22 oktyabr 2023-cü il tarixdə, saat 01 radələrində Sumqayıt şəhəri, BTZ bağlar ərazisi, Y.Məmmədov küçəsində qeydə alınıb.

 

Belə ki, şəhər sakini, 1991-ci il təvəllüdlü Mahir Bayramov şəxsi münasibətlər zəminində zərərçəkmiş Əli Dadaşovla (soyadı şərti) mübahisə edib. Mübahisəyə səbəb isə sərxoş vəziyyətdə olan zərərçəkmiş təqsirləndirilən şəxsi söyməsi olub. Bu zaman o, bıçaqla Əlini qəsdən bir dəfə vuraraq ona bədən xəsarəti yetirib.

 

Hadisədən sonra Mahir Bayramov saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib.

 

Kamal Məmmədov

 

 

Tarix: 6 İyun 2024, 09:06   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin