BURADA REKLAMINIZ OLA
BİLƏR

Maşınla gənc qızı vuraraq öldürən sürücüyə cəza verildi

Abşeron Rayon Məhkəməsində yol qəzası törətməkdə təqsirləndirilən Toğrul Kərimovun (soyadı şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Vaqif Həsənovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
 

Məhkəmənin hökmü ilə o, 5 il 2 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

 

İttihama görə, hadisə 14 aprel 2023-cü il tarixdə, saat 13 radələrində Abşeron rayonu, Saray qəsəbəsi ilə Duz gölü istiqamətində qeydə alınıb.

 

Belə ki, 1998-ci il təvəllüdlü Toğrul Kərimov sürücülük vəsiqəsi ilə etibarnamə əsasında idarə etdiyi “VAZ-2107” markalı markalı avtomobil ilə hərəkətdə olarkən yolun İlqar Abdullayev küçəsində yerləşən “Mərasim evi” nin yaxınlığından keçən hissəsində piyada Ləman Hətəmovanı vurub. Xəstəxanaya aparılan yaralı orada vəfat edib.

 

Hadisədən sonra Toğrul Kərimov saxlanılaraq istintaqa cəlb olunub. Abşeron Rayon Məhkəməsinin 2024-cü il tarixli qərarı ilə onun barəsində seçilən başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilib.

 

Kamal Məmmədov

Tarix: 6 İyun 2024, 09:07   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin