BURADA REKLAMINIZ OLA
BİLƏR

Elgiz Əkbər tənqidlərə CAVAB VERDİ: “Üç aydır, şairə İlhaməni görmürəm” - VİDEO

ARB TV-nin efirində yayımlanan “Elgizlə izlə” verilişinə ekspert kimi dəvət olunan şairə İlhamə Elşadqızı barədə tənqidlərin ardı-arası kəsilmir. Sosial şəbəkələrdə qeyri-adi rəqsləri, hərəkətləri, açıqlamaları ilə gündəm olan şairə İlhaməyə efir qadağası qoyulması ilə bağlı adiyyəti qurumlara çağırışlar edilir. Bildirilir ki, onun davranışı gənclərə pis örnəkdir, milli mentalitetdən kənardır. Şairəni efirə dəvət etdiyi üçün aparıcı Elgiz Əkbər də tənqid olunur. 

 

Pravda.az söylənilənlərlə bağlı E.Əkbərin fikirlərini öyrənməyə çalışıb. 

 

Aparıcı suallarımıza belə cavab verib: 

 

“Mən çoxdandır, İlhaməni görmürəm. 3 ay olar. Vallah, mənim xəbərim yoxdur”. 

 

E.Əkbər “İ.Elşadqızı artıq efirə dəvət olunmur, qadağa qoyulub?” sualına da “xəbərim yoxdur, bilmirəm” deməklə kifayətlənib. 

 

Aytəkin Qardaşova 

 

Tarix: 6 İyun 2024, 14:19   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin