“İslam dininə görə, dəvə, inək, camış, qoyun və keçidən qurban kəsmək olar. Əti haram olan heyvanlardan və dində buyurulmayan heyvanlardan, quşlardan qurban kəsmək olmaz. Qurban kəsmək üçün dəvənin 5, inək və camışın 2, qoyun və keçinin 1 yaşı tamam olmalıdır. Çəkisi çox olarsa, 7-8 aylıq qoyun və keçini də kəsmək olar”.
Bu sözləri Pravda.az-a açıqlamasında ilahiyyatçı Turla İrfan Qurban bayramı ilə bağlı sualları cavablandırarkən deyib.
İlahiyyatçı bildirib ki, Qurban bayramı İslam aləminin iki böyük bayramından biridir: ““Qurban” sözünün mənası Allaha yaxınlaşmaqdır. Qurbanın dini mahiyyəti olmaqla bərabər, sosial, ictimai yönləri də var. Bəndə qurban kəsməklə öz varından, malından keçməyə hazır olduğunu bildirir və əyani şəkildə bunu icra edir. Sosial yöndən də digərlərinə əl tutur, qurban payı verir, ünsiyyətini yeniləyir, bayram namazında hamı bir yerə toplaşır, bir-birinin qayğıları ilə maraqlanır. İctimai yöndən cəmiyyətə mesaj verir ki, birlik, bərabərlik, yardımlaşma bu cür olmalıdır”.
T.İrfan deyib ki, qurban kəsən şəxs mütləq müsəlman olmalıdır: “Formal müsəlman yox, əsl müsəlman. Kəlimeyi-şəhadəti, imanı, axirətə inamı, “Quran”ı qəbul etməsi - hamısı yerində olmalıdır. Heyvanı yalnız Allahın adı ilə kəsməlidir. Məzarda, pirdə qurban kəsə bilməz. Kəsərkən yalnız Allahın adını çəkməli və Allah üçün kəsməlidir. Qurban kəsilərkən dırnaq, saç kəsimi məsələləri Həcc zamanı Məkkədə kəsilən qurbanlara aiddir. Çünki qurban eyni zamanda Həcc ziyarətinin tərkib hissəsidir. Sadəcə, ora gedə bilməyənlər öz məskənlərində kəsə bilirlər. İmkanı və maddi gücü yetən şəxslər qurban kəsə bilərlər. Kreditlə, sələmlə qurban olmaz”.
T.İrfan deyib ki, qurban kəsiləcək heyvan tam sağlam olmalıdır: “Xəstə, topal, kor, həddən artıq qoca, şikəst, qüsurlu heyvanı kəsmək olmaz. Qurbanlıq heyvanın dişi və erkək olmasının fərqi yoxdur. Qurban əti 3 hissəyə bölünür. Bir hissəsi kəsən şəxsin özü və ailəsi üçün, 2-ci hissə qonşulara, 3-cü hissəssi də əqraba üçün. Ancaq bunlar vacib deyil. Ehtiyacı olan şəxs qurban ətinin hamısını öz ailəsi üçün də götürə bilər. Yaxud ehtiyacı olmayan bir insan kəsdiyi qurbanın hamısını kasıblara paylaya bilər”.
İlahiyyatçının sözlərinə görə, ölkədə qurban kəsimində yol verilən nöqsanlar davam edir: “Yollara içalat, başa-yaq atıb zibilləmək olmaz. Dinimiz təmizliyi əmr edir. Küçələrdə Qurban bayramı ərəfəsində içalat qoxusundan, it-pişik əlindən durmaq olmur. Müsəlman ancaq qarnını, boğazını düşünməməlidir. Yollarda, tozlu yerlərdə, natəmiz yerlərdə, digər heyvanların gözü önündə, uşaqların yanında, pirlərdə, ocaqlarda, məzarlıqda kəsmək olmaz. Qəbristanlıq qurbangah deyil. Xüsusi qurbankəsmə yerləri olmalıdır”.
Xatırlatma: Azərbaycanda Qurban bayramı iyunun 16-da qeyd olunacaq.
Aytəkin Qardaşova
24 Oktyabr 00:36
24 Oktyabr 00:33
24 Oktyabr 00:32
24 Oktyabr 00:29
23 Oktyabr 22:21
23 Oktyabr 22:06
23 Oktyabr 21:04
23 Oktyabr 21:00
23 Oktyabr 20:48
23 Oktyabr 18:49
23 Oktyabr 18:49
23 Oktyabr 18:45
23 Oktyabr 18:41
23 Oktyabr 18:35
23 Oktyabr 18:31
23 Oktyabr 18:27
23 Oktyabr 18:23
23 Oktyabr 18:18
23 Oktyabr 18:12
23 Oktyabr 18:05
23 Oktyabr 17:59
23 Oktyabr 17:55
23 Oktyabr 17:48
23 Oktyabr 17:42
23 Oktyabr 17:39
23 Oktyabr 17:37
23 Oktyabr 17:33
23 Oktyabr 17:24
23 Oktyabr 17:19
23 Oktyabr 17:17
23 Oktyabr 17:12
23 Oktyabr 17:05
23 Oktyabr 16:57
23 Oktyabr 16:51
23 Oktyabr 16:39
23 Oktyabr 16:35
23 Oktyabr 16:31
23 Oktyabr 16:29
23 Oktyabr 16:21
23 Oktyabr 16:17
23 Oktyabr 16:12
23 Oktyabr 16:07
23 Oktyabr 16:07
23 Oktyabr 15:59
23 Oktyabr 15:58
23 Oktyabr 15:54
23 Oktyabr 15:39
23 Oktyabr 15:37
23 Oktyabr 15:25
23 Oktyabr 15:18
23 Oktyabr 15:15
23 Oktyabr 15:10
23 Oktyabr 15:05
23 Oktyabr 14:55
23 Oktyabr 14:47
23 Oktyabr 14:45
23 Oktyabr 14:41
23 Oktyabr 14:33
23 Oktyabr 14:29
23 Oktyabr 14:27
23 Oktyabr 14:15
23 Oktyabr 14:11
23 Oktyabr 14:09
23 Oktyabr 14:04
23 Oktyabr 13:54
23 Oktyabr 13:47
23 Oktyabr 13:42
23 Oktyabr 13:39
23 Oktyabr 13:35
23 Oktyabr 13:29
23 Oktyabr 13:25
23 Oktyabr 13:22
23 Oktyabr 13:17
23 Oktyabr 13:10
23 Oktyabr 12:53
23 Oktyabr 12:47
23 Oktyabr 12:44
23 Oktyabr 12:36
23 Oktyabr 12:32
23 Oktyabr 12:30
23 Oktyabr 12:24
23 Oktyabr 12:13
23 Oktyabr 12:07
23 Oktyabr 12:01
23 Oktyabr 12:00
23 Oktyabr 11:56
23 Oktyabr 11:52
23 Oktyabr 11:45
23 Oktyabr 11:40
23 Oktyabr 11:35
23 Oktyabr 11:31
23 Oktyabr 11:16
23 Oktyabr 11:14
23 Oktyabr 11:12
23 Oktyabr 11:10
23 Oktyabr 10:45
23 Oktyabr 10:42
23 Oktyabr 10:38
23 Oktyabr 10:34
23 Oktyabr 10:33
23 Oktyabr 10:31
23 Oktyabr 10:21
23 Oktyabr 10:18
23 Oktyabr 10:17
23 Oktyabr 10:15
23 Oktyabr 10:08
23 Oktyabr 10:07
23 Oktyabr 09:59
23 Oktyabr 09:58
23 Oktyabr 09:57
23 Oktyabr 09:34
23 Oktyabr 09:12
23 Oktyabr 09:03
23 Oktyabr 08:41
23 Oktyabr 08:31
23 Oktyabr 08:25
23 Oktyabr 08:20
23 Oktyabr 08:16
23 Oktyabr 08:16
23 Oktyabr 08:14
23 Oktyabr 08:12
23 Oktyabr 08:08
23 Oktyabr 06:26
23 Oktyabr 06:24
23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
22 Oktyabr 18:55
22 Oktyabr 18:49
22 Oktyabr 18:47
22 Oktyabr 18:43
22 Oktyabr 18:40
22 Oktyabr 18:35
22 Oktyabr 18:30
22 Oktyabr 18:19
22 Oktyabr 18:15
22 Oktyabr 18:10
22 Oktyabr 18:10
22 Oktyabr 17:59
22 Oktyabr 17:52
22 Oktyabr 17:45
22 Oktyabr 17:39
22 Oktyabr 17:25
22 Oktyabr 17:24
Ən son xəbərləri səhifəmizdən də izləyin