BURADA REKLAMINIZ OLA
BİLƏR

Dava etdiyi şəxsi avtomobillə vuran sərxoş sürücünün cəzası azaldıldı

Gəncə Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Yaşar Zeynalovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Salman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
 

Qərara əsasən, apellyasiya şikayəti qismən təmin edilib, Gəncə Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökm dəyişdirilib. Təqsirləndirilən şəxsin 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası 2 ilə endirilib.

 

İttihama görə, Yaşar Zeynalov 2021-ci ildə Gəncə şəhərində yerləşən kafelərin birində nahar edib, spirtli içki qəbul edib. Sonra o, etibarnamə əsasında istifadəsində olan “VAZ-21063” markalı avtomobilin sükanı arxasında sərxoş vəziyyətdə əyləşib, maşında söhbət edərkən zərərçəkmiş Kərəm Alşanovla mübahisə edib. Bu zamanı zərərçəkmiş onu söyüb, nalayiq ifadələrlə təhqir edib. Daha sonra Kərəm ona zərbə vurub və dodağının zədələnib.

 

Bu zaman digər şəxs onları ayırıb, Kərəm Alşanovun qolundan tutub Gəncə şəhəri, Nuxa küçəsində yerləşən avtomobil yolu ilə oradan uzaqlaşdırıb. Yaşar da avtomobili Kərəmin arxasıyla sürüb, zərərçəkmiş küçədə piyada hərəkətdə olan zaman onu maşınla vurub. Nəticədə Kərəm Alşanov xəsarət alıb.

 

Hadisədən sonra Yaşar Zeynalov saxlanılıb və cinayət məsuliyyətinə cəlb edilib.

 

Kamal Məmmədov

 

 

Tarix: 7 İyun 2024, 08:54   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin