BURADA REKLAMINIZ OLA
BİLƏR

Həmyerlisini döyərək öldürən şəxslə bağlı QƏRAR

Gəncə Apellyasiya Məhkəməsində Goranboyda etiyatsızlıqdan adam öldürmədə təqsirləndirilən Mübariz Həsənovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Faiq Mahmudovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı şifahi vəsatət verərək cinayət işinin materiallarına birinci instansiya məhkəməsində keçirilən məhkəmə iclasının audioyazısının əlavə edilmədiyini bildirib.

 

Prokuror cinayət işinin birinci instansiya məhkəməsinə qaytarılmasını, yol verilmiş pozuntunun aradan qaldırılması üçün müddətin müəyyən edilməsinə dair qərar qəbul edilməsini xahiş edib. 

 

Vəsatət təmin edilib, qərara əsasən, iş Goranboy Rayon Məhkəməsinə qaytarılıb.

 

Qeyd: 2023-cü il oktyabrın 30-da Xocalı Rayon Polis Şöbəsinə Goranboy rayon Aşağı Ağcakənd qəsəbə sakini, 1965-ci il təvəllüdlü Səməndər Həsənovun qəfildən vəfat etməsi barədə məlumat daxil olub. Xocalı Rayon Polis Şöbəsinin və Rayon Prokurorluğunun əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb.

 

Keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində məlum olub ki, mərhum bir gün əvvəl Goranboy rayon Erkəc kənd sakini Mübariz Həsənov ilə şəxsi münasibətlər zəminində mübahisə edərək dalaşıb.

 

Mübariz Həsənov şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib.

 

Faktı üzrə Xocalı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. 

 

Goranboy Rayon Məhkəməsinin hökmü ilə o, 2 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan zərərçəkmiş şəxsin nümayəndəsi apellyasiya şikayəti verib.

 

Kamal Məmmədov

Tarix: 7 İyun 2024, 09:03   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin