BURADA REKLAMINIZ OLA
BİLƏR

“AzInTelekom” bu televiziya və radiolara pul verəcək - 160 min manat

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelekom” MMC "Televiziya və Radio reklam xidmətlərinin satın alınması" ilə bağlı tender elan edib.

 

Pravda.az-ın xəbərinə görə, tenderdə qalib olacaq media subyektlərinin həftə içi gündəlik videoçarx və radioanons yayımlaması şərtləndirilib.

 

“AzInTelekom” bu xidmətə görə televiziyalara (Azərbaycan Televiziyası (AzTV), İctimai TV, ARB24 TV) və radiolara (Azərbaycan radiosu - 105 FM, İctimai radio - 90 FM, Media FM - 105.5, Avto FM) 160 min manat ödəniş edəcəyini proqnozlaşdırıb.

 

Reklam əməkdaşlığının müddəti müvafiq olaraq 4 (TV) və 3 (radio) ay müəyyənləşib.

 

Cəmil

Tarix: 8 İyun 2024, 08:40   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin