BURADA REKLAMINIZ OLA
BİLƏR

Küçədə ona tərs baxanı öldürən şəxs cəzasının yüngülləşdirilməsini istəyir

Sumqayıtda xuliqanlıq niyyəti ilə adam öldürməkdə təqsirləndirilən Mahir Həsənovun barəsindəki qərardan kassasiya şikayəti verilib.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, Ali Məhkəmədə keçiriləcək proses iyunun 11-nə təyin edilib.
 

Şikayət hakim Rəşad Abdulovun sədrliyi ilə araşdırılacaq. 

 

O, cəzasının yüngülləşdirilməsini istəyir. 

 

Xatırlatma: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 17 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Sumqayıt Apellyasiya Məhkəməsi Mahir Həsənovun şikayətini təmin etməyib.
 

Qeyd: 2022-ci il fevralın 9-da saat 10 radələrində Sumqayıt şəhər sakini 1977-ci il təvəllüdlü Nazim Məmmədov şəhərin 18-ci mikrorayon ərazisində öldürülüb. Belə ki, zərərçəkmişin tanışı, 1979-cu il təvəllüdlü Mahir Həsənov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla Nazim Məmmədova xəsarət yetirərək onu qəsdən öldürüb. 

 

Onun barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb. 

 

Mahir Həsənov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. O, məhkəmə ifadəsində deyib ki, hadisədən əvvəl Nazim Məmmədov küçədə ona tərs-tərs baxıb və o, bundan narahat olub. Bundan sonra aralarında mübahisə yaranıb. Nəticədə Mahir Nazimi qətlə yetirib.

 

Kamal Məmmədov

Tarix: 10 İyun 2024, 08:54   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin